Ekologiya və torpaqşünaslıq fakültəsi
FAKÜLTƏ HAQQINDA

Ekologiya və torpaqşünaslıq fakültəsi 2011-ci ildə BDU Elmi Şurasının 20 noyabr 2010-cu il tarixli 15 saylı qərarı əsasında rektorun R-03 saylı 16.01.11 tarixli əmri ilə yaradılmışdır.
Fakültənin dekanı prof. N.T.Şəmilovdur.
Fakültənin strukturuna dekanlıq və aşağıdakı kafedralar daxil edilmişdir:




Kafedraların elmi istiqamətləri aşağıdakılardır:
Ekoloji kimya –Ətraf mühitin toksiki birləşmələrlə çirklənməsinin monitorinqi və nəticələrinin aradan qaldırılması yollarının müəyyənləşdirilməsi.
Coğrafi ekologiya – Azərbaycanda təbii ekoloji şəraitin qiymətləndirilməsi və mühafizəsi.
Bioekologiya – Biomüxtəlifliyin tədqiqi, mühafizəsi, səmərəli istifadəsi və kompleks ekoloji qiymətləndirilməsi.
Torpaqşünaslıq – Torpaqların biomüxtəlifliyinin öyrənilməsi, genezisi, ekoloji qiymətləndirilməsi, münbitliyinin bərpası, mühafizəsi və səmərəli istifadəsi.
Yerquruluşu və kadastr – Azərbaycanın torpaq-kadastr rayonları torpaqlarının tədqiqi və qiymətləndirilməsi.

Fakültənin strukturuna 1 elmi-tədqiqat laboratoriyası daxildir.

Ekoloji kimya və ətraf mühitin mühafizəsi

Fakültədə təhsil əyani və qiyabi formada, azərbaycan və rus dillərində aparilir.
Fakültədə 763 nəfər tələbə və magistrant təhsil alır. Onların təlim tərbiyəsi ilə 35 nəfərə yaxın müəllim professor heyəti məşğul olur, onlardan 2 nəfəri akademik, 6 nəfər elmlər doktoru professor, 27 nəfəri elmlər namizədi dosent, baş müəllim, müəllimdir. Bundan başqa 33 nəfər doktorant və dissertant və 5 nəfər elmlər doktoru proqramı üzrə doktorant var.

Bakalavr pilləsində aşağıdakı ixtisalar üzrə kadrlar hazırlanır:
Ekologiya
Torpaqşünaslıq və aqrokimya
Yer quruluşu, torpaq və şəhər kadastrı
Magistratura pilləsində aşağıdakı ixtisaslaşmalar üzrə kadr hazırlanır:
Ətraf mühit kimyası
Ekoloji kimya
Ekoloji kimyəvi monitorinq
Bioekologiya
Biomüxtəliflik və təbiətin mühafizəsi
Ətraf mühitin mühafizə metodları və bərpası
Torpağın ekoloji monitorinqi və qorunması
Yerquruluşu və torpaq müfəttişliyi
Torpaq kadastrı

Məqalələr
Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

Plastik tullantılardan alınan neft

İsraildə plastik tullantılardan neft alınması üçün Ətraf mühitin mühafizəsi nazirliyi tərəfindən  Ramat-Xovev şəhərində zavod tikilmişdir

“Ümumrespublika Yaşıllaşdırma” marafonu

“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılmışdır