Ekologiya və torpaqşünaslıq fakültəsi
Ekoloji kimya kafedrası

Ekoloji kimya kafedrası 2004-cü ildə yaranmışdır. “Ətraf mühitin toksiki birləşmələrlə çirklənməsinin monitorinqi və nəticələrinin aradan qaldırılması yolları” mövzusunda elmi-tədqiqat işi aparır. Kafedranın müdiri prof.Sevinc Rafiq qızı Hacıyevadır. Kafedrada 6 müəllim, 3 laborant və laboratoriya müdiri çalişır. Elmi-tədqiqat işində kafedranın professor, müəllim, laborantları, o cümlədən aspirant və dissertantları iştirak edirlər.

Kafedranın əməkdaşları:
1. S.R.Hacıyeva - kafedra müdiri, k.e.d., prof.
2. N.T.Şəmilov - k.e.d., prof.
3. A.Q.Hüseyinli - dosent, k.e.n.
4. Ə.F.Əminbəyov - dosent, k.e.n.
5. Ü.N.Rüstəmova - 1 şt. müəllim, k.e.n.
6. F.E.Hüseynov - 0,5 şt. müəllim, k.e.n.
7. E.M.Qədirova - 1 şt. müəllim, k.e.n.
8. T.İ.Əliyeva - 1 şt. müəllim, k.e.n.
9. Z.T.Vəliyeva - 1 şt. müəllimk.e.n.
10. H.F.Hacıyeva - 0,5 şt. müəllimk.e.n. 
11. F.S.Əliyeva - 0,5 şt. müəllim, k.e.n.
12. H.L.Rəfiyeva -0,5 şt. müəllim, k.e.n.

Tədris-texniki köməkçi heyət:
1. N.M.Cəfərova -1 şt. lab. müd.
2. A.A.Səmədova - böyük laborant

Elmi istiqamət:
Kafedrada “Ətraf mühitin  toksiki birləşmələrlə çirklənməsinin monitorinqi və nəticələrinin aradan qaldırılması yolları» mövzusu üzrə elmi işi aparılır. Fiziki-kimyəvi analiz metodları ilə bir sıra metal ionlarının təyini metodikalarının işlənilməsi və qeyri-üzvi maddələrin analizi üçün xelat sorbentlərin tədqiqi həyata keçirilir. Ətraf mühit obyektlərində zəhərli maddələr və biogen elementlər tədqiq olunur. Mütəmadi olaraq ətraf mühitin monitorinqi keçirilir, antropogen təsirdən alınan maddələr təyin edilir və aradan qaldırılma yolları araşdırılır. Fiziki-kimyəvi analiz metodları ilə içməli sularda, torpaqda və Xəzər dənizinin  dib çöküntülərində pestisidlər və toksiki maddələr tədqiq edilir.  Sənaye və təbii nümunələrdə bəzi elementlərin qatılaşdırılması və təyini üsulları işlənib hazırlanmışdır. Kafedrada  elmi–tədqiqat işləri tematik plana uyğun yerinə yetilmiş və mütəxəssislərin hazırlanma profilinə uyğunlaşdırılmışdır. Kafedrada аpаrılan elmi–tədqiqat işlərinin nəticəsindən tədris prosesində istifadə olunur. Аlınmış nəticələr laboratoriya məşğələləri proqramına daxil edilmişdir və nəşr olunmuş dərs vəsaitlərinə daxil edilmişdir.
Еlmi işlər  məqalə və tezislər şəklində müxtəlif konfrans və seminarlara təqdim olunmuş və çap olunmuşdur.  Kafedrada  praktik olaraq elmi seminarlar keçirilir.

Layihələr:
Kafedranın əməkdaşları «ANSF and CRDF»-in təşkilatçılığı ilə «Екоloji monitorinq» üzrə ЕTL proyektində, «ТЕMPUS» proqramı üzrə «Екоlogiya» fənnindən magistrlərin hazırlanması proyektində, «Bakı-Тbilisi-Qars dəmiryolu lahiyəsinin  eкоloji monitorinqi» proyektində çalışırlar.
Ekoloji kimya kafedrasında mütəmadi olaraq kafedra iclasları keçirilir və iclaslarda elmi-metodik və tədris məsələləri müzakirə olunur. Periodik olaraq elmi seminarlar, tələbələrin kurs və diplom işlərinin müzakirəsi keçirilir.
Elmi işlər məqalə və tezislər şəklində müxtəlif konfrans və seminarlara təqdim edilmiş və çap olunmuşdur. Bütün tədris işləri ərzində kafedrada sistematik olaraq kimya fakültəsinin birinci, ikinci, üçüncü və dördüncü kurs tələbələri üçün kollokviumların sualları müzakirə olunur, həmçinin magistr-tələbələr üçün tədris yükunə uyğun olaraq yeni proqram tərtib olunmuş və buraxılış işinin mövzuları müəllimlərlə birlikdə müzakirə olunmuşdur.

Bakalavr pilləsində tədris olunan fənlər:

1. Sənaye ekologiyası
2. Hidrosferin ekoloji xüsusiyyətləri və mühafizəsi
3. Atmosferin ekoloji xüsusiyyətləri və mühafizəsi
4. Ekolji kimya
5.Tətbiqi ekologiya
6. Ekoloji monitorinq
7. Məişət ekologiyası
8. Ekoloji təmiz qida maddələri
9. Ekoloji kataliz
10. Tullantı sularının təmizlənməsi metodları və analizi
11. Radioekologiya
12. Neft sənayesi
13. Ekotoksikologiya
14. Ekoloji ekspertiza
15. Metrologiya və standartlaşma
16. Dərman və narkotik maddələrin analizi
17. Alternativ enerji mənbələri
18. Ekologiyanın əsasları
19. Ətraf mühit obyektlərinin analizi

Magistratura pilləsində tədris edilən fənlər:
1. Atmosfer kimyası
2. Ekologiyanın kimyəvi problemləri
3. Kimyəvi elementlərin biosferdə rolu
4. Ekoloji səmərəli texnologiyalar
5. Hava mühitinin təhlükəsizliyi
6. Ekoloji təhsil və tərbiyə
7. Su,hava,torpaqda zərərli maddələrin təyini
8. Regionun kimyəvi ekologiyası
9. Tullantı sularının təkrar istismarı
10. Kimyəvi ekoloji tədqiqatlarda eksperimental metodlar
11. Kimyəvi tullantıları biosferə təsiri
12. Sənaye ekologiyasında monitorinq
13. Regionun ekoloji monitorinqi
14. Ekoloji monitorinq və nəzarətin müasir metodları
15. Ekoloji monitorinqin kimyəvi əsasları
16. Neft –qaz sənayesinin ekoloji monitorinqi
17. Atmosfer monitorinqi
18. Radiasiya  kimyası
19. Biosfer və fotokimya
20. Neft kimya sənayesinin ekoloji problemləri
21. Ekoloji norma və standartlar
22. Kimya sənayesinin ekoloji problemləri
23. Ekoloji təsirin qiymətləndirilməsi
24. Monitorinqin texnoloji aspektləri
25. Radiokolji monitorinq
26. Ətraf mühitin fiziki-kimyəvi parametrlərinin təyini üsulları
27. Neft emalı və neft sənayesinin ekoloji problemləri
28. Nəqliyyat və ətraf mühit
29. Hidrosferdə fiziki-kimyəvi proseslər
30. Atmosfer və ona texnogenez təsir
31. Kimya sənayesinin müasir problemləri


Əsas nəşrlər:

1. M.R.Bayramov, S.R.Hacıyeva, Ş.Z.Qasımova «Екоlogiyanın əsasları və təbiətin mühafizəsi» Bakı, 2004, 163 s.
2. Əliyeva R.Ə., Mustafayev Q.T., Hacıyeva S.R. «Ümumi ekologiya » Bakı, 2004, 534 s.
3. Əliyeva R.Ə., Mustafayev Q.T, Hacıyeva S.R. «Екоlogiyanın əsasları», Bakı, 2006,536 s.
4. Ə.F.Əminbəyov «Fenolların suda təyini», Bakı, 2005,30 s.
5. Əliyeva R.Ə., Hacıyeva S.R, F.M.Çıraqov « Ətraf mühit kimyasından praktikum», Bakı, 2006, 36 s.
6. R.Ə.Əliyeva, S.r.hacıyeva, A.Q.Hüseynli, P.R.Məmmədov, İ.H.İbadov, Q.İ.Bayramov. Ətraf mühit kimyası, UniPrint, Bakı, 2013, 280 s.
7. R.Əliyeva, V.Abbasov, Məhərrəmov, M.Abbasov, S.Hacıyeva, N.Abışov, V.Əliyev, A.Əliyev. Kimya. Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərslik
8. R.Əliyeva, S.Həmidov, F.Hüseynov. Kimya .Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün dərs vəsaiti.
9.S.R.Hacıyeva, E.M.Qədirova, H.L.Rəfiyeva.”Qida maddələrinin tədqiqat metodları”, 2015

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.