Ekologiya və torpaqşünaslıq fakültəsi
Torpaqşünaslıq kafedrası

Torpaqşünaslıq kafedrası 2004-cü ildə Biologiya fakültəsinin nəzdində yaradılmışdır. Torpaqşünaslıq kafedrasında 10 əməkdaş çalışır: 2 professor, o cümlədən bir akademik, 3 dosent, 1 baş müəllim, 3 müəllim və 2 nəfər köməkçi heyət. Kafedrada 2 nəfər biologiya elmləri doktoru, professor, 6 nəfər elmlər namizədi, 1 nəfər laboratoriya müdiri, 1 nəfər böyük laborant çalışır. Torpaqşünaslıq kafedrasına AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru, professor Qərib Şamil oğlu Məmmədov rəhbərlik edir. Akademik Məmmədov Qərib Şamil o. torpaqşünaslıq və ekologiya sahəsində dünyada tanınmış alimdir. Eyni zamanda AMEA-nın Aqrar məsələlər üzrə müşaviridir.

Professor – müəllim heyəti:
1. Q.Ş.Məmmədov - kafedra müdiri, akademik
2. Ə.R.Əhmədov - 1 şt. müəllim, prof.
3. C.Ə.Şabanov - 0,5 şt. müəllim, dosent 
4. Z.R.Mustafayeva - 1 şt. müəllim, dosent
5. R.A.Həsənova - 1 şt. müəllim, dosent
6. G.M.Əhmədova - 1 şt. müəllim, b.ü.f.d.
7. T.A.Xolina - 0,5 şt. müəllim, b.ü.f.d.
8. V.X.Qasımova - 1şt. baş müəllim, b.ü.f.d.
9. K.Ə.Hüseynov - 0,5 şt. müəllim

Tədris-texniki köməkçi heyət:
1. L.A.Hüseynova -böyük laborant, b.ü.f.d.
2. Ş.V.Hüseynova - lab. müdiri

Elmi istiqamət:
Azərbaycanda torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genezisi, ekoloji qiymətləndirilməsi, münbitliyinin bərpası, mühafizəsi və səmərəli istifadəsi. Kafedra «Böyük Qafqaz torpaqlarının ekoloji qiymətləndirilməsi və monitorinqi» mövzusunda elmi-tədqiqat işi aparır.

Bakalavr pilləsində tədris olunan fənlər:
1. Ümumi torpaqşünaslıq
2. Bitkiçilik
3. Aqrokimyanın əsasları
4. Torpağın biologiyası
5. Meyvəçilik, tərəvəzçilik, üzümçülük
6. Torpağın fizikası
7. Torpağın kimyası
8. Bitki mühafizəsi
9. Torpağın eroziyası və mühafizəsi
10. Torpaqların aqroekoloji qiymətləndirilməsi, keyfiyyət monitorinqi və ekoloji nəzarət
11. Torpaqların bonitirovkası
12. Torpaq kadastrı
13. Ekologiya
14. İnsan ekologiyası
15. Sosial ekologiya
16. Torpaqların ekoloji monitorinqi
17. Torpaqların coğrafiyası

Magistr pilləsində tədris olunan fənlər:
1. Torpaqşünaslıq və aqrokimya elminin müasir problemləri
2. Torpaqşünaslıq və aqrokimya elminin tarixi və metodologiyası
3. Torpaqların ekoloji münbitlik modeli və monitorinqi
4. Torpaqların ekoloji qiymətləndirilməsi
5. Torpaq bakteriya və yosunlarının ekologiyası
6. Torpaq  göbələklərinin ekologiyası
7. Torpaq heyvanlarının ekologiyası
8. Torpağın fermentativ fəallığı
9. Aqroekologiya

Son beş ildə əsas nəşrlər:
1. Məmmədov Q.Ş. Azərbaycanın ekoetik problemləri (monoqrafiya), Bakı, Elm, 2004, 380 səh.
2. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühitin mühafizəsi (dərs vəsaiti), Bakı, Elm, 2005, 880 səh.
3. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya, ətraf mühit və insan (dərslik), Bakı, 2006, 608 səh.
4. Məmmədov Q.Ş. Torpaqşünaslıq və torpaq cografiyasının əsasları (dərslik), Bakı, Elm, 2007, 664 səh.
5. Azərbaycan respublikasının torpaq atlası (akademik Q.Ş.Məmmədovun rəhbərlik və redaktəsi ilə ) Bakı, 2007.
6. Məmmədov Q.Ş., Cəfərov A.B., Mustafayeva Z.R.. Əkinçilik və bitkiçiliyin əsasları. Bakı, Elm, 2008.
7. Məmmədov Q.Ş., Məmmədova S.Z., Şabanov C.Ə.Torpağın eroziyası və mühafizəsi (dərslik). Bakı, Elm, 2009, 340 səh.
8. Məmmədov Q.Ş., Xəlilov M.Y,  Məmmədova S.Z. Aqroekologiya (dərslik). Bakı, Elm, 2010, 552 s.
9. Azərbaycan Respublikasının Ekoloji Atlası (azərbaycan və rus dilində, 2009; azərbaycan və ingilis dilində, 2010).
10. Məmmədov Q.Ş., Əsədov K.S. Meşə ekologiyası (dərslik), Bakı, Elm, 2010, 452 s.
11. Məmmədov Q.Ş., Xəlilov M.Y., Məmmədova S.Z. Aqroekologiya. Bakı, Elm, 2010, 552 s.
12. Məmmədov Q.Ş., Xəlilov M.Y., Məmmədova S.Z. Metodologiya, texnologiya, iqtisadiyyat. Bakı, Elm, 2011, 448 s.
13. Məmmədov Q.Ş., Məmmədova S.Z., E.Hüseynov, A.Həşimov. İnsan ekologiyası (Anrtopoekologiya). Bakı, "OKA Ofset" 2015, 734 s.
14. Məmmədov Q.Ş., Məmmədova S.Z.,E.Hüseynli, A.Həşimov. Sosial ekologiya (Sosioekologioya). Bakı "Radios" 2015, 675 s.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.