Ekologiya və torpaqşünaslıq fakültəsi
Coğrafi ekologiya kafedrası

"Coğrafi ekologiya" kafedrası 1981-ci ildə Coğrafiya fakültəsində yaradılmış "Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasının əsasında yenidən təşkil edilmişdir. Respublikada yaradılan ilk ekoloji  kafedra olmaqla  hər il təbiət-əhali-istehsal münasibətlərinin, təbii-ərazi sistemlərinin (landşaftlarının) ekoloji vəziyyətlərini və mühafizə yollarını təhlil edə bilən kadrlar hazırlığı üzrə ixtisaslaşmışdır.
Magistratura pilləsində Coğrafi ekologiyanın nəzəri aspektlərini öyrənən, təbiəti bərpa və ətraf mühiti mühafizə metodlarına yiyələnə bilən kadrlar hazırlanır..
Təhsil islahatının bütün mərhələlərinə cavab verən Dövlət Təhsil Standartlarının tərtib edilməsinə kafedrada vaxtaşırı cavab verə bilən təkliflər hazırlanlr. Bakalavr və magistraturanın tədris planına uyğun bütün fənlərin proqramları tərtib edilir və vaxtaşırı genişləndirilir..
Kafedrada 9 nəfər əməkdaş çalışır. Onlardan 2 elmlər doktoru, professor, 6 nəfəri elmlər namizədi dosent, 1 nəfəri baş müəllimdir.

Professor-müəllim heyəti:

1. Ş.Y.Göyçaylı - kafedra müdiri, prof.
2. T.A.Xəllilov - 1 şt. müəllim, prof.
3. Ş.İ.Məmmədova -  0,5 şt. müəllim, dosent
4. A.B.Dolxanov - 1 şt. müəllim, dosent
5. V.Ə.Məmmədov - 1 şt. müəllim, dosent
6. R.T.Tahirov - baş müəllim
7. L.Ə.Bayramova - dosent, t.ü.f.d.
8. M.Ə.Zeynalova - dosent, c.ü.f.d.
9. T.O.Ibrahimov - dosent, c.ü.f.d.

Tədris-texniki köməkçi heyət:

1. S.M.Adilova - 1 şt. böyük laborant
2. S.M.İsgəndərova - 1 şt. böyük laborant
3. H.F.Şəkiliyeva - 1 şt. böyük laborant
4. A.S.Hüseynova - 1 şt. metodist

Kafedranın elmi istiqaməti:

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elm və təhsil ocaqları qarşısında qoyulan tələblərə uyğun olaraq elmi-tədqiqat işləri aşağıdakı üç istiqamətdə aparılır:
-Azərbaycan Respublikasının təbii zonalarının ekoloji şəraitinin qiymətləndirilməsi və mühafizəsi
-Qlobal proseslərin Azərbaycanda ekoloji təzahürləri
-Azərbaycan Respublikasının dayanıqlı (tarazlı) inkişafının ekoloji əsasları.
Kafedrada görkəmli alimlər fəaliyyət göstərmişlər: akad. H.Ə.Əliyev, akad. B.Ə.Budaqov, akad. V.C.Hacıyev, akad. M.Ə.Salmanov, prof. Ə.C.Əyyubov, AMEA-nın müxbir üzvü Ş.B.Xəlilov. və b. Kafedraya vaxtaşırı əvəzçiliklə və saathesabı olaraq AMEA-dan, istehsal sahələrindən   alimlər və yüksək səviyyəli mütəxəssislər cəlb edilirlər: prof. Rusiya EA-nın üzvü B.Ə.Əliyev, AMAAk-ın professoru B.M.Əzizov, AMEA-nın aparıcı elmi işçiləri Q.Rüstəmov, M.Yusifova və b.

Bakalavr pilləsində tədris edilən fənlər:

1. Ekologiya və ətraf mühiti mühafizənin əsasları
2. Coğrafi ekologiyanın əsasları
3. Biocoğrafiya ekologiyanın əsasları ilə
4. Tətbiqi ekologiya
5. Təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları
6. Ətraf mühitə nəzarət sistemi
7. Ekoloji ekspertiza
8. Suların mühafizəsi və Xəzər dənizinin ekologiyası
9. Azərbaycanın ekoloji problemləri
10. Regionların tarazlı inkişafı və ekoloji optimallaşdırılması
11. Qafqazın ekologiyası və ekoloji əməkdaşlıq
12. Təbiətdən istifadənin hüquqi əsasları

Magistr pilləsində tədris edilən fənlər:

1. Ekologiyanın tarixi və metodologiyası
2. Ekologiya elminin müasir problemləri
3. Coğrafi ekologiyanın və ətraf mühiti mühafizənin tədqiqat metodları
4. Landşaftların ekologiyası və mühafizəsi
5. Regional geoekologiya
6. Ekosistemlər, onların mühafizəsi və bərpası
7. Ekoloji monitorinqin təşkili və idarə edilməsi
8. Hava hövzələrinin çirklənməsinin tədqiqi metodları və proqnozlaşdırılması
9. Meşə ekosistemlərinin mühafizəsi və bərpası metodları
10.Coğrafi informasiya sistemlərinin (CİS)  ekoloji proseslərin öyrənilməsində yeri.

Kafedranın elmi istiqamətlərinə uyğun olaraq son dövrlərdə yerinə yetirilən mövzulara aşağıdakıları misal göstərmək olar:
- Bazar iqtisadiyyatı şəraitində regionların dayanıqlı (tarazlı) inkişafının ekoloji əsasları və problemləri (2001-2005);
- Dağlıq Şirvanın Təbii ekoloji şəraitinin qiymətləndirilməsi və mühafizəsi(2006-2008);
- Qlobal proseslərin Lənkəran təbii zonasında ekoloji təzahürləri (2009-2011);
- Kür-Araz ovalığında Azərbaycanın meşə ekosistemlərinin qiymətləndirilməsi və bərpası yolları (2012-2014) və s.
- İqlim dəyişikliyi ilə əlaqədar Gəncə-Qazax zonasında ekocoğrafi dəyişikliklərin qiymətləndirilməsi və mühafizə tədbirlərinin hazırlanması (2015-2017).

Elmi kadrların hazırlanması:

Kafedrada elmi kadrların hazırlanması magistratura, doktorantura və dissertantura yolu ilə aparılır. Son 5 ildə 2 namizədlik və 2 doktorluq dissertasiyaları  müzakirə edilmiş və bir namizdlik dissertasiyası müdafiə edilmişdir.  Kafedrada fəaliyyət göstərən doktorant və dissertantlar müxtəlif elmi mövzularda müvəffəqiyyətlə çalışırlar. Onlardan 2 nəfər qiyabi doktorant İran İslam Respublikasının vətəndaşıdır.

Kafedranın xarici ölkələrin tədris və elmi mərkəzləri ilə əlaqələri vardır: Beynəlxalq elmi inkişaf, Beynəlxalq ekologiya və həyat fəaliyyətinin mühafizəsi akademiyaları ilə, ABŞ-nin Con Hopgins Universiteti, Sankt-Peterburq Universitetinin  Coğrafiya və coğrafi ekologiya fakültəsi, Almaniyanın Zukkov fondu, və b. ilə əlaqələrimiz vardır.

Nəşr edilən dərslik, dərs vəsaitləri və monoqrafiyalar:

1. Ş.Y.Göyçaylı, N.K.Mikayılov, R.B.Abdullayev və b. «Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə» (1996)
2. R.B.Abdullayev «Biocoğrafiya» (2005)
3. Ş.Y.Göyçaylı «Coğrafiya və coğrafi ekologiyanın problemləri» (2004)
4. Ş.Y.Göyçaylı, T.Ə.İsmayılov «Təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları» (2004)
5. Ş.B.Xəlilov «Azərbaycanın ekoloji problemləri» (2005)
6. Ş.Y.Göyçaylı, B.M.Əzizov «Ətraf mühiti mühafizə» (2008)
7. N.K.Mikayılov «Torpaq coğrafiyası torpaqşünaslığın əsasları ilə» (2008, rus dilində)
8. Ş.Y.Göyçaylı «Coğrafi ekologiyanın əsasları» (2010) və s.
8. Prof.Ş.Y.Göyçaylı-2011-ci ilin avqustunda kafedranın prof.N.K.Mikayılovla   İİR-dan olan aspirantlarının elmi mövzularına uyğun olaraq İranın Təbriz düzünə, Urmiya gölü sahillərinə, Səfidrüd su anbarına təşkil edilən ekspedisiyanın elmi təhlillərini aparmışlar. İran Su Nazirliyinin Rəst ekologiya bölməsi əməkdaşları və b. iştirakı ilə.Nəticələrin bir hissəsi ingilis dilində İsveçrənin elm tarixi jurnalında nəşr edilmişdir (04.04.2012).

Kafedra 1980-ci illərdən başlayaraq ekologiya sahəsində bir çox illər elmi-metodiki mərkəz kimi də fəaliyyət göstərmişdir.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.