Ekologiya və torpaqşünaslıq fakültəsi
Ekoloji kimya və ətraf mühitin mühafizəsi

“Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyası 2001-ci ildə AMEA-nın müxbir üzvü, professor Rəfiqə Əlirza qızı Əliyeva tərəfindən yaradılmışdır. Laboratoriyanın əsas elmi istiqaməti üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodlarının işlənib hazırlanmasından ibarətdir.

Elmi istiqaməti:
Laboratoriyanın əsas elmi istiqaməti üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodlarının işlənib hazırlanmasından ibarətdir.

Laboratoriyanın tərkibi:

1. Mahmudov Kamran Talıb oğlu  -
2. Yusifov Yusif Həmid oğlu - 0,5 şt. böyük elmi işçi, f.r.e.n.
3. Əliyeva Fərqanə Səfər qızı-kimya elmləri namizədi, 0,5 şt. kiçik elmi işçi
4. Bəhmənova Fidan Nəriman qızı-k.f.d., 1,0 şt. elmi işçi
5. Mərdanova Vüsalə İsmayıl qızı-k.f.d., 1,0 şt. kiçik elmi işçi
6. Nəzərova Röya Zakir qızı-k.f.d., 0,5 şt baş laborant
7. Ağayeva Könül Tofiq qızı-0,5 şt. baş laborant
8. Əbilova Ülviyyə Mürşüd qızı

Elmi iş

Laboratoriyanın əsas elmi istiqaməti sənaye və təbii obyektlərin tərkibinə daxil olan zərərli maddələrin analizidir. Bunun üçün bir sıra fiziki-kimyəvi analiz metodlarından istifadə edilir. Ətraf mühitin kimyəvi tullantılarla çirklənməsi, digər tərəfdən, texnika və texnologiyanın yeni istiqamətlərinin inkişafı, istehsalın müasir səviyyəsi, sənaye obyektlərində və eləcə də ətraf mühit obyektlərində maddələrin miqdarı təyinini tələb edir. Ədəbiyyat məlumatlarının analizinə əsasən qeyd etmək lazımdır ki, bir çox elementlərin effektiv analitik nəzarətin tələblərinə cavab verən təyini metodikaları hələ də yoxdur. Bu məqsədlə yüksək analitik parametrləri ilə seçilən metodikaların işlənib hazırlanması həmişə aktual bir məsələ kimi qalır.  b-diketonlar əsasında yeni üzvi reagentlər sintez edilmiş və bir çox metalların təyini üçün Al(III), Ga(III), In(III), Ni(II), Cu(II), Mo(II), V(V), Fe(II), NTE tətbiq edilmişdir. İşlənmiş metodikalar müxtəlif təbii və sənaye obyektlərində elementlərin təyini üçün tətbiq edilmişdir.bBu məqsədə nail olmaq üçün piroqallol, xromotrop turşusu və Malein anhidridi əsasında yeni sinif sorbentlər sintez edilmiş və uranil, sink və kadmium ionları ilə sorbsiya tarazlığı tədqiq edilmişdir. «Azərneftyağ» NEZ tərəfindən qəbul edilən suların analizi, «Azərneftyağ» NEZ-in mənbələrindən Xəzər dənizinə BBAH normalarına əsasən axıdılan təmizlənmiş istehsalat tullantı sularının tərkibində olan zərərli maddələrin kimyəvi analizlərinin aparılması Bakı Dövlət Universitetinin «Ekoloji kimya və ətraf mühitin mühafizəsi» elmi-tədqiqat laboratoriyası tərəfindən həyata keçirilməsinin yekunları əsasında aşağıda göstərilən iqtisadi və ekoloji cəhətdən əhəmiyyətli olan nəticələr alınmışdır: 2004-2008 ilin oktyabr ayına qədər aparılan elmi-tədqiqat işinin, ekoloji xidmət işi kimi də qiymətləndirilməsi əsaslıdır. Belə ki, hər ayda iki dəfə zavodun təmizləyici qurğularından dənizə buraxılan istehsalat sularının tərkibində qalan zərərli maddələrin təhlillərinin dəqiq nəticələrinə və həmçinin zavod tərəfindən aparılan təhlillərin nəticələrinin orta göstəricilərinə əsaslanaraq ödəniş hesabatlarının düzgün aparılmasına zəmanət vermişdir. Aparılan təhlillərin nəticələrinə əsaslanaraq müəyyən olunmuşdur ki, zavoddan dənizə buraxılan istehsalat sularının tərkibində qalan zərərli maddələrin təmizlənmə dərəcəsi zavodda qüvvədə olan BBAH normalarına uyğun olaraq həyata keçirilir. Əvvəllər olduğu kimi aparılmış təhlillərin nəticələrinə əsasən zavod tərəfindən BBAH normalarında təmizlənərək dənizə axıdılan istehsalat sularının tərkibində qalan zərərli maddələr üçün Nazirlər Kabinetinin məlum qərarlarına əsasən tələb olunan ödənişlərin hesabatlarının aparılması əsaslandırılmışdır. «Azərneftyağ» NEZ-in təmizləyici qurğularında (neft tutucusu) sahələrində Buraxıla Bilən Axıntı Həddi (BBAH) normalarında təmizlənərək Xəzər dənizinə axıdılan istehsalat sularının tərkibində qalan zərərli maddələrin (BBAH normalarında nəzərdə tutulan zərərli maddələrin) vəsfi və miqdarı analizlərinin (təhlillərinin) məlum qaydalarla və müasir cihazlarla həyata keçirilməsinin yeni üsulları işlənilmişdir.

Nəşrlər:

Laboratoriya yarandığı gündən elmi–tədqiqat işlərinin nəticələri, elmi və pedaqoji fəaliyyətinin nəticələri 550-dən çox elmi əsərdə, o cümlədən 25 dərs vəsaiti və 19 patentdə öz əksini tapmışdır:

1. R.Solhnejad, F.N.Bahmanova, A.M.Maharramov, R.A.Aliyeva, F.M.Chyragov, A.V.Gurbanov, G.S.Mahmudova, K.T.Mahmudov, M.N.Kopylovich “Uranyl complex with phenolate–sulphonate and diphenyldiazenecarbo- hydrazonate ligands” // Inorganic  Chemistry Communications 35 (2013) 13–15

2. Solhnejad R., Aliyeva F.S., A.M. Maharramov, R.A.Aliyeva, F.M.Chyragov, A.V.Gurbanov, K.T.Mahmudov, M.N.Kopylovich “Regioselective C–C bond cleavage in arylhydrazones of 4,4,4-trifluoro-1-(thiophen-2-yl)butane-1,3-diones” // Journal of Molecular Structure, 2013, 1050, 180-184

3. R.A.Aliyeva, V.I.Mardanova, F.M.Chyragov, A.V.Gurbanov, Seik Weng Ng “Diaquabis(N,N-diethylpyridine-3-carboxamide-kN1)bis{4-[2-(2,4-dioxopentan-3-ylidene)hydrazine-1-yl]benzoate-kO}-copper(II)” // Acta Cryst.(2012). E68, m127

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.