Ekologiya və torpaqşünaslıq fakültəsi
YERQURULUŞU VƏ KADASTR KAFEDRASI

Respublikamızda yerquruluşu, torpaq və şəhər kadastrı ixtisasları üzrə peşəkar kadr hazırlığına olan tələbi həyata keçirtmək məqsədilə Bakı Dövlət Universitetinin Elmi Şurasının 13.07.2011-ci il tarixli “Yerquruluşu və kadastr” kafedrasının yaranması barədə qərarı olmuşdur. Bu qərara əsasən universitetin rektoru akademik A.M.Məhərrəmovun 08.08.2011-ci il tarixli əmri  ilə “Yerquruluşu və kadastr” kafedrası yaradılmışdır.

Kafedranın əməkdaşları:
1. T.N.Nizamzadə kafedra müdiridosentc.ü.f.d.
2.A.S.Oruclu fakültə Həmkarlar Təşkilatının sədridosent, b.ü.f.d.
3. A.B.Cəfərov dosenta.ü.f.d.
4. Q.Xanbabayev - baş müəllima.ü.f.d.

Tədris texniki-köməkçi heyət:
1. K.R.Qurbanova - böyük laborant
2. G.S.Heydərzadə böyük laborant

Elmi istiqamət:
Azərbaycanda torpaqlardan səmərəli istifadə və mühafizəsində yerquruluşu, torpaq və şəhər kadastr işlərinin təşkili.

Bakalavr pilləsində tədris olunan fənlər:
1. Yerquruluşunun əsasları
2. Kadastrın əsasları
3. Şəhər kadastrı
4. Torpaq kadastrı
5. Yaşayış məntəqələrinin planlaşdırılmasıi
6. Yerquruluşu, kadastr işlərinin təşkili və planlaşdırılması
7. Torpaq bazarı və torpaq ehtiyatlarının idarə edilməsi
8. Daşınmaz əmlakın qiymətləndirilməsinin və qeydiyyatının əsasları
9. Torpaqların bonitirovkası
10. Torpaq kartoqrafiyası
11. Torpaq hüququ;
12. Torpaqlardan səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları
13. Ərazininn mühəndis təchizatı

Magistr pilləsində tədris edilən fənlər:
1.
Yerquruluşu və torpaq kadastr elminin müasir problemləri
2. Yerquruluşu və torpaq kadastr elminin tarixi və metodologiyası
3. Yerquruluşu işlərində GİS-dən istifadə
4. Torpaq xəritələrinin tərtibi 
5. Torpaq ehtiyatlarından istifadənin proqnozalaşdırılması
6. Yerquruluşunun iqtisadiyyatı
7. Texnogen ərazilərdə yerquruluşu işləri
8. Torpaq ehtiyatlarından istifadəyə Dövlət nəzarətinin təşkili
9. Torpaqların aqroekoloji qiymətləndirilməsi
10. Torpaqların iqtisadi qiymətləndirilməsi
11. Torpaq islahatının Azərbaycan modeli
12. Torpaq kadastr işlərində GİS-dən istifadə
13. Təbii resursların kadastrı
14. Torpaq resurslarından istifadənin  idarə olunması
15. Torpaq-kadastr xəritələrinin tərtibi
16. Torpaq üzərində hüquqların Dövlət qeydiyyatı
17. Torpaqların kadastr qiymətləndirilməsi
18. Torpaqların kadastrı və monitorinqi

Əsas nəşrlər:
1.
Azərbaycanda torpaq islahatı: hüquqi və elmi ekoloji məsələlər. (Q.Ş.Məmmədov, Bakı: Elm, 2002, 412 s.)
2. Azərbaycan Respublikasının Dövlət Torpaq Kadastrı:hüquqi, elmi və praktiki məsələlər. (Q.Ş.Məmmədov, Bakı: Elm, 2003, 448 s.)
3. Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları. (Q.Ş.Məmmədov, Bakı: Elm, 2007, 856 s.)
4. Yerquruluşunun elmi əsasları. (Q.Ş.Məmmədov, T.N.Nizamzadə, A.B.Cəfərov Bakı: Elm, 2012, 112 s.)
5. Yerquruluşu və torpaqdan istifadənin əsasları. (Q.Ş.Məmmədov, T.N.Nizamzadə, A.B.Cəfərov Bakı: Elm, 2012, 300 s.)
6. Torpaqların bonitirovkası. (Q.Ş.Məmmədov, A.B.Cəfərov, A.S.Oruclu, Bakı, 2015, 238 s.)

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.