Ekologiya və torpaqşünaslıq fakültəsi
Cəfərov Azər Bəhlul oğlu

Yerquruluşu və kadastr kafedrasının dosenti
a.jafarov9@mail.com
tel:5101097 (iş)
0503589378 (mob)
FB (Azer Cafarov)

 

 

 

QISA BİOQRAFİK MƏLUMAT
1960-ci ildə Baki şəhərində anadan olub.
1977-ci ildə Yasamal rayonu 52 saylı məktəbi bitirib
1977-1982 -  indiki Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin tələbəsi
1982-1984- Sovet ordusunda hərbi xidmət (motoatıcı rotasının komandiri)

ƏMƏK FƏALİYYƏTİ,  ELMİ DƏRƏCƏ və ELMİ ADLARI
1984-1986 –Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin ET Eroziya Sektorunda laborant
1986-1991 – AMEA Torpaqşünaslıq və Aqrokimya institutnda kiçik elmi işçi və elmi işçi
1991- Lənkəran vilayətinin şimal hissəsi torpaqlarının münbitlik modeli” mövzusunda
03.00.27 – “torpaqşünaslıq” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib
1992-1994- böyük elmi işçi
1995- 1997 – aparıcı elmi işçi və qrup rəhbəri
1997- dosent diplomu alıb
1997- 2011- laboratoriya müdiri
2011-dən etibarən Yerquruluşu və kadastr kafedrasının dosenti

TƏDQİQAT SAHƏSİ
torpaq kadastrı;
torpaqların bonitirovkası və iqtisadi qiymətləndirlməsi;
torpaqların ekologiyası, ekoloji münbitlik modeli və torpaqların ekoloji qiymətləndirilməsi;
torpaq hüququ və torpaq münasibətləri

SEÇİLMİŞ ƏSƏRLƏRİ
1. Relyef nəzərə alınmaqla torpaq xəritələrinin tərtibi (kitabça). AzETETİİ, Bakı, 1993. 24 s.
2. Azərbaycan torpaqları münbitliyinin aqroekoloji modeli (kitabça). AzETETİİ, Bakı, 1993. 79 s.
3. Методические указания по составлению почвен-ных и других необходимых картографических документов для целей земельного кадастра. (kitabça). AzETETİİ, Bakı, 1993. 24 s.
4. Torpaqların bonitirovkası (monoqrafiya). Elm, Bakı, 1997. 148 s.
5. Ucar dayaq məntəqəsi (kitabça). Bakı, 2000. 102 s.
6. Torpağın münbitlik xassəsi (monoqrafiya). Elm, Bakı, 2005. 133 s.
7. Azərbaycan Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların iqtisadi qiymətləndirilməsinə dair metodiki tövsiyə (kitabça). Bakı , Elm, 2009. 39 s.
8. Əkinçilik və bitkiçiliyin əsasları (dərslik). Bakı, Elm, 2008. 322 s.
9. Azərbaycanın iqtisadi və sosial coğrafiyası (dərslik). \prof. V.Ə.Əfəndiyevin redaktəsi ilə. –B.: “Bakı Universitetinin nəşriyyatı, 2010.
10. Yerquruluşu və torpaq istifadəçiliyinin əsasları (dərslik) . Bakı, Elm. 2012. 265 s
11. Yerquruluşunun elmi əsasları (dərs vəsaiti). Bakı, Elm. 2012. 178 s
12. Torpaqların bonitirovkası (dərslik)./prof. S.Z.Məmmədovanın redaktəsi ilə. – Bakı.:. Bakı,SkyG, 2015, 238 s.
13. A.B.Cəfərov. A. Rzazadə. Muğan – Salyan kadastr rayonu torpaqlarının əsas bonitet şkalası. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illik yubileyinə həsr olunmuş “XXI Əsrdə Ekologiya və torpaqşünaslıq elmlərinin aktual problemləri” mövzusunda V Respublika Elmi Konfransının materialları, BDU, Bakı, 2016, s.119
14. A.B.Cəfərov. N.Z.Nəcəfova. Abşeron-Qobustan kadstr rayonunun torpaq vergilərinin həcminin hesablanması. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illik yubileyinə həsr olunmuş “XXI Əsrdə Ekologiya və torpaqşünaslıq elmlərinin aktual problemləri” mövzusunda V Respublika Elmi Konfransının materialları, BDU, Bakı, 2016, s.
15. A.B.Cəfərov. R.Bəhluli. Böyük Qafqaz təbii-kənd təsərrüfatı vilayətinin qısa səciyyəsi və torpaq vergilərinin həcminin hesablanması. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illik yubileyinə həsr olunmuş “XXI Əsrdə Ekologiya və torpaqşünaslıq elmlərinin aktual problemləri” mövzusunda V Respublika Elmi Konfransının materialları, BDU, Bakı, 2016, s. s.177.
16. A.B.Cəfərov, S.S.Soltanov. Oğuz rayonunun ekoloji səciyyəsi və torpaq örtüyü. Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “XXI əsrdə ekologiya və Torpaqşünaslıqa elmlərinin aktual problemləri” VII Respublika Emi konfransı. Bakı, 2018, BDU nəşriyyat. Səh.133
17. A.B.Cəfərov, T.İ.Yelmarlı. Tovuz rayonu torpaq resurslarının qiymətləndirilməsi. Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “XXI əsrdə ekologiya və Torpaqşünaslıqa elmlərinin aktual problemləri” VII Respublika Emi konfransı. Bakı, 2018, BDU nəşriyyat. Səh.82.

 

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.