Ekologiya və torpaqşünaslıq fakültəsi
Umudlu Günel Sərvan qızı

Yerquruluşu və kadastr kafedrası, baş laborant
E-mail: heydarzadehg@gmail.com
heyderzadegunel@yahoo.com







QISA BİOQRAFİK MƏLUMAT:
1987-ci il oktyabrın 1-də Füzuli rayonunda anadan olmuşdur. 
1994-2005-ci illərdə Bakıda orta məktəbdə təhsil alıb.
2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Biologiya fakultəsində bakalavr, 2009-2011-ci illərdə isə magistr təhsili almışdır.
2012-ci ildən hal-hazıra qədər Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Yerquruluşu və kadastr kafedrasında baş laborant vəzifəsində çalışır..

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI:
2009-2011 – Bakı Dövlət Universiteti, Biologiya fakultəsi, Torpağın ekologiyası ixtisası, magistr (fərqlənmə diplomu)
2005-2009 Bakı Dövlət Universiteti, Biologiya fakultəsi, Torpaqşünaslıq ixtisası, bakalavr

ƏMƏK FƏALİYYƏTİ:

2012-ci ildən hal-hazıra qədər – Bakı Dövlət Universiteti, Ekologiya və torpaqşünaslıq fakültəsi, Yerquruluşu və kadastr kafedrası, baş laborant

SEÇİLMİŞ ELMİ ƏSƏRLƏRİ
1. Akd Abdulla Qarayevin anadan olmasının 100 illik yubleyinə həsr olunmuş ”XXI əsrdə  biologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konfransı(2010)
2. “Torpağın humus ehtiyatının azalma səbəbləri” (prof.  Ə.R.Əhmədovla birlikdə)
3. “Humus itkisinin qarşısının alınma üsulları”-(prof. Ə.R.Əhmədovla birlikdə)

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.