Ekologiya və torpaqşünaslıq fakültəsi
Ağbabalı Akif Sovda oğlu

Ağbabalı Akif Sovda oğlu
Biologiya üzrə fəlsəfə doktoru, dosent
(012) - 538-49-64
akbabali@bsu.edu.az
Akif Akbabali
akif_akbabali

 

QISA BİOQRAFİK MƏLUMAT

Ermənistan Respublikası Amasiya rayonunun İbiş kəndində anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin bakalavr və 2004-cü ildə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib. 2004-2007-ci illərdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Ekologiya” ixtisası üzrə aspiranturada təhsil alıb. 2011-ci ildən BDU-da çalışır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

01.07.2016, dosent, Ali Attestatsiya Komissiyası
13.01.2009, biologiya elmləri namizədi, Ali Attestatsiya Komissiyası
2004-2007, əyani aspirant, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu\
2002-2004, magistr, Bakı Dövlət Universiteti
1998-2002, tələbə, Bakı Dövlət Universiteti Fəlsəfə doktoru dissertasiyasının mövzusu: Hirkan Milli Parkı torpaqlarının ekoloji qiymətləndirilməsi İxtisas şifri və ixtisasın adı:
2426.01 – Ekologiya; 3101.01 – Torpaqşünaslıq
Elmlər doktoru dissertasiyasının mövzusu:Azərbaycanın Lənkəran iqtisadi-coğrafi rayonunun xüsusi mühafizə olunan təbiət əraziləri torpaqlarının ekoturizm qiymətləndirilməsi (tədqiqat davam etdirilir)

ƏMƏK FƏALİYYƏTİ

05.07.2019-dan kafedra müdiri, Coğrafi ekologiya kafedrası, BDU
2016-2019, dosent, Yerquruluşu və kadastr kafedrası, BDU
2014-2016, dosent əvəzi, Yerquruluşu və kadastr kafedrası, BDU
2011-2014, baş müəllim, Yerquruluşu və kadastr kafedrası, BDU
2010-2011, aparıcı məsləhətçi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
2008-2010, k.e.i., e.i., b.e.i., Torpaqşünaslıq və Aqrokimya İnstitutu, AMEA
2004-2007, əyani aspirant, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, AMEA
2002-2006, mühəndis kartoqraf, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabriki
Tədris etdiyi fənlər: CİS əsasında monitorinqin aparılması (CİS sistemləri və xəritəçəkmə); CİS sistemlərinin ekoloji və sosial-iqtisadi proseslərin idarə edilməsində yeri; Torpaq kartoqrafiyası; Geoinformasiya sistemləri
Elmi əsərlərin sayı: 75 Dərs vəsaitlərinin sayı: 4
TƏDQİQAT SAHƏSİ Xüsusi mühafizə olunan təbiət əraziləri, Coğrafi informasiya sistemləri (CİS), Torpaq ekologiyası, Təbii resursların kadastrı

FƏXRİ ADLARI VƏ TƏLTİFLƏR
2019, Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı
2015, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin keçirdiyi “ilin peşəkar gənci” müsabiqəsinin Fəxri Fərmanı, Bakı
2014, MDB-nin Elm və yaradıcı ziyalılar üzrə keçirilən IX Beynəlxalq Humanitar Forumunda ekologiya və ətraf mühit sahəsindəki tədqiqatlara görə “Содружество дебютов» mükafatının laueratı, Moskva
2014, BDU-nun 95 illik yubileyi münasibəti ilə əlaqədar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı, Bakı
2009, Azərbaycan Milli Elmlər Akademiyası. Elmin inkişafı və yeni nailiyyətlər gənclərin intellektual müsabiqəsinin finalçı Sertifikatı, Bakı
2004, Bakı Dövlət Universitetinin ən nümunəvi məzunu Fəxri Fərmanı, Bakı

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

1. BDU-nun 95 illiyinə həsr olunmuş elmi konfrans, Bakı, 10 dekabr 2014
2. Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən “Biomüxtəlifliyin Davamlı İdarə Olunması sahəsində təcrübə mübadiləsi və meşə ekologiyası kurrikulumunun” hazırlanması mövzusunda təlim. Münhen (Almaniya), 02-09 iyun 2013-cü il
3. Torpaqların Avropa İttifaqı standartlarına uyğun olaraq kadastr qiymət-ləndirilməsi metodologiyasının hazırlanması və onun dövlət torpaq kadastr sisteminə inteqrasiya edilməsi sahəsi üzrə təlim. Bakı, 4-7 noyabr 2013-cü il
4. Akademik Həsən Əliyevin 105 illik yubileyinə həsr oluynmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri” Beynəlxalq elmi konfrans, Bakı, 7-8 noyabr 2012-ci il
5. Filandiyanın “FİNPAM” və Azərbaycanın “DATUM” şirkətlərinin birlikdə təşkil etdikləri “Torpaqların kadastr qiymətləndirilməsi” mövzusunda təlim. Bakı, 1-9 mart 2012-ci il

SEÇİLMİŞ ƏSƏRLƏRİ

1. Təbiət hadisələrinin öyrənilməsində morfometrik tədqiqat üsullarının tətbiqi. Azərbaycanın görkəmli alimi - coğrafiyaşünas kartoqraf, Rizvan Xanəmi oğlu Piriyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi konfrans. Bakı Dövlət Universiteti, Azərbaycan Coğrafiya Cəmiyyəti, Bakı, 2004, səh. 53-60 (həmmüəlliflə)
2. GİS-proqram təminatında təbiət hadisələri xəritələrinin tərtibi və morfometrik təhlili. Bakı Dövlət Universiteti. Elmi Konfransın Materialları. Bakı, 2005, səh. 59-65 (həmmüəlliflə)
3. Soil cover of Hirkan National Park and its geographical spread. «Ноосферные изменения в почвенном покрове» Материал международной научно-практической конференции. Владивосток, 2007, с.108-110
4. Hirkan Milli Parkının dağ-meşə sarı torpaqlarının münbitlik göstəricilərinə antropogen amillərin təsiri. Torpaqşünaslıq və Aqrokimya əsərlər toplusu XVII cild, Bakı: Elm, 2007, s.130-133
5. Основные свойства плодородия почв Гирканского Национального Парка Азербайджана. Материалы конференции, посвященной 100-летию выдающегося организатора почвенной науки Р.В.Ковалева. Новосибирск, 2007, с.130-131
6. Hirkan Milli Parkının dağ-meşə sarı torpaqlarının biomorfogenetik xüsusiyyətləri. AMEA-nın “Məruzələr” i. LXIII cild, Bakı: Elm, 2007, №5, s.125-134
7. Hirkan Milli Parkının dağ-meşə sarı-qonur torpaqlarının biomorfogenetik xüsusiyyətləri. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri XII cild, 2008, s.668-672
8. Hirkan Milli Parkı torpaqlarının əsas bonitet şkalasının qurulması. Torpaqşünaslıq və Aqrokimya əsərlər toplusu XVIII cild, Bakı: Elm, 2009, s.342-346
9. Современное состояние почвенного покрова Гирканского Национального Парка Азербайджана. IV Всероссийская научная конференция с международным участием «отражение биогеоантропосферных взаимодействий в почвах и почвенном покрове», посвященная 80-летию кафедры почвоведения и экологии почв ТГУ. Томск, 2010, с.160-163
10. Lənkəran vilayətinin rütubətli və yarımrütubətli subtropik qurşağı torpaqlarının biomorfogenetik və bioekoloji xüsusiyyətləri. AMEA-nın “Məruzələr” i. LXVI cild, Bakı: Elm, 2010, №2, s.111-120
11. Hirkan Milli Parkının mezofil meşə qurşağı torpaqlarının biomorfogenetik və bioekoloji xüsusiyyətləri. AMEA-nın “Məruzələr” i. LXVI cild, Bakı: Elm, 2010, №4, s.101-110
12. Hirkan Milli Parkının dağ-meşə sarı torpaqlarının bioekoloji (morfogenetik) xüsusiyyətləri. AMEA-nın Gənclərin İntelektual İnkişafı Mərkəzi / Gənc alimləri əsərləri. Bakı, 2011, №4, s.145-153
13. Hirkan Milli Parkının mezofil meşə qurşağının torpaqları. Torpaqşünaslıq və Aqrokimya əsərlər toplusu. XIX cild, Bakı: Elm, 2011, s.320-325
14. Hirkan Milli Parkının dağ-meşə sarı torpaqlarının bioekoloji xüsusiyyətləri. Azərbaycanda torpaqların: genezisi, coğrafiyası, meliorasiyası, səmərəli istifadə və ekologiyası adlı Beynəlxalq Elmi Konfransın Əsərlər Toplusu. XII Cild, Bakı: Elm, 2012, s. 404-408
15. Lənkəran vilayətinin dağ-meşə sarı torpaqlarının biomorfogenetik və bioekoloji xüsusiyyətləri (Hirkan Milli Parkı ərazisində). Akademik H.Əliyevin 105 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans. Bakı: Bakı Universitetinin nəşriyyatı, 2012, s. 201-206 16. Hirkan Milli Parkı torpaqlarının meşəistehsalat qruplaşması xəritəsinin tərtibi. Torpaqşünaslıq və aqrokimya əsərlər toplusu. Cild-21, №2, Bakı: Elm, 2013, s. 148-154
17. Hirkan Milli Parkı torpaqlarının bonitirovkasında korelyativ-reqressiya metodlarının tətbiqi. Torpaqşünaslıq və Aqrokimya əsərlər toplusu. Cild 22, № 1-2, Bakı: Elm, 2015, s.112-115
18. Typical mountainous-forestry yellow-brown soils of Lankaran region of Azerbaijan Republic (fox example Hyrkan National Park). 2015 Azərbaycan Respublikasında Kənd Təsərrüfatı ili olduğu üçün “Kənd təsərrüfatı torpaqlarının ekoloji qiymətləndirilməsinin regionların inkişafında və ekoloji balansın qorunmasında rolu” mövzusuna həsr olunmuş Beynəlxalq seminarın materialları. Bakı, 2015, səh. 43-45
19. Lənkəran vilayətinin dağ-meşə sarı torpaqlarının biomorfogenetik və bioekoloji xüsusiyyətləri. Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin Əsərlər Toplusu. 14 cild, Bakı: Elm, 2016, s.193-197
20. Coğrafi İnformasiya Sistemində (CİS) xəritə tərtibinin əhəmiyyəti. Ümummilli lider H.Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş “XXI əsrdə Ekologiya və torpaqşünaslıq elmlərinin aktual problemləri”mövzusunda VI respublika elmi konfransının materialları Bakı, 2017. (həmmüəlliflərlə)
21. Torpaqların münbitliyinin müqayisəli qiymətləndirilmə (bonitirovka) xəritəsi. Torpaqşünaslıq və Aqrokimya əsərlər toplusu XXIII cild, №1-2, Bakı: Elm, 2018, s.167-172 (həmmüəlliflərlə)
22. Torpaqların aqro- və meşəistehsalat qruplaşdırılması xəritələrinin tərtibi. Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin Əsərlər Toplusu. XV cild, Bakı: Elm, 2019, s.231-234 (həmmüəlliflərlə)

METODİKİ GÖSTƏRİŞ
1. Coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tərtibinə dair metodiki göstəriş. Bakı: Elm, 2018, 80 s. (həmmüəlliflərlə)

KİTABLAR
1.Torpaqların bonitirovkası (dərslik). Bakı: SkyG, 2015, 238 s. (həmmüəlliflərlə)
2.Torpaqdan istifadə və daşınmaz əmlakın kadastrı terminləri. İngiliscə-rusca-azərbaycanca. Bakı: Elm, 2019, 472 s. (həmmüəlliflərlə)
3.Torpaqdan istifadə və daşınmaz əmlakın kadastrına dair terminlərin izahlı lüğəti. Bakı: Elm, 2019, 363 s. (həmmüəlliflərlə)
4.Torpaqların aqroekologiyası və bonitirovkası şöbəsu 50. Bakı: Elm, 2019, 120 s. (həmmüəlliflərlə)

 

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.