Ekologiya və torpaqşünaslıq fakültəsi
Maya Zeynalova

Zeynalova Maya Əsgər qızı
Coğrafiya üzrə fəlsəfə doktoru, dosent



(012) - 539-09-69
maya.zeynal55@mail.ru



QISA BİOQRAFİK MƏLUMAT
1955-ci il iyunun 15-də Bakı şəhərində anadan olub. 1978-1984-сü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində filoloq ixtisasını bitirib.                    1994-1999-cu illərdə Bakı Dövlət Universitetinin “Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə” ixtisası üzrə  aspiranturada təhsil alıb. 1976-ci ildən BDU-da çalışır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
08.04.2015, dosent, Ali Attestatsiya Komissiyası
28.09.2004, Coğrafiya elmləri namizədi, Ali Attestatsiya Komissiyası
1994-1999, əyani aspirant, Coğrafi ekologiya kafedrası, Bakı Dövlət Universiteti
1978-1984, tələbə, Bakı Dövlət Universiteti Fəlsəfə doktoru dissertasiyasının mövzusu: Azərbaycanın Böyük Qafqaz hissəsinin hidronimləri İxtisas şifri və ixtisasın adı: 11.00.02 – İqtisadi və sosial coğrafiya

ƏMƏK FƏALİYYƏTİ
08.04.2015-dən dosent, Coğrafi ekologiya kafedrası, BDU
2006, baş müəllim, Coğrafi ekologiya kafedrası, BDU
2003, müəllim, Coğrafi ekologiya kafedrası, BDU
1987, baş laborant, Coğrafi ekologiya kafedrası, BDU
1976, baş laborant, Tələbə həmkarlar şöbəsində, BDU

Tədris etdiyi fənlər:
Ekologiya və ətraf mühiti mühafizə, Landşaftşünaslıq və landşaftın ekologiyası, ekoloji turizm
Elmi əsərlərin sayı: 50-ə qədər
Dərs vəsaitlərinin sayı: 2

TƏDQİQAT SAHƏSİ
Ətraf mühiti mühafizə, ərazi hidronimlərinin ekoloji xüsusiyyətləri

FƏXRİ ADLARI VƏ TƏLTİFLƏR

2019, Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı

SEÇİLMİŞ ƏSƏRLƏRİ
1. Azərbaycan meşələrinin ekohidroloji xüsusiyyətləri, 2007
2. Abşeronda ətraf mühitin yaxşılaşdırılması və mühafizə yolları, 2007
3. Abşeron göllərinin vəziyyətinin ətraf mühitə təsiri, 2007
4. Abşeron göllərinin ekoloji şəraiti (Böyükşor gölünün timsalında), 2007
5. Геоекологическая диагностика и пути повышения плодородия мелиорированных почв, 2008
6. Azərbaycanın Böyük Qafqaz hissəsi hidronimlərinin bəzi xüsusiyyətlərinə dair, 2008
7. Böyük Qafqazın Azərbaycan hissəsi hidronumları və onların ekocoğrafi aspektləri (monoqrafiya), 2008
8. Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında əhali məskunlaşması və dinamikasına təbii ekoloji şəraitin təsir, 2009
9. Composition of humus of saline and solonetzic soils in Azerbjan, 2010
10. Экологическая оценка рационального использования природных ресурсов Азербайджана, 2010
11. Azərbaycanda ətraf mühitin qorunması məqsədilə ekoloji ekspertizanin keçirilməsi prinsipləri, 2011
12. Dəyişən ətraf mühit və alternativ enerji mənbələri, 2011
13. Texnogen təsirin əsas xüsusiyyətləri və onların aradan qaldırılması yolları, 2012
14. Gilançay hidroniminin, Ordubad və Şərur oykonimlərinin etimologiyası, 2012
15. Böyük Qafqazın şimal-şərq ətəklərində kənd məskunlaşmasının formalaşmasına təsir göstərən sosial-iqtisadi amillər, 2012
16. Вопросы экологии природопользование всовременном этапе, 2013
17. T.A.Xəlilov, M.Ə.Zeynalova .Qlobal ekoloji problemlər, dərs vəs. Bakı, MBM, 2014
18. Altıağac Milli Parkının landşaftları, 2015
19. Analysis of the factors affected the settinq of popylation (On the of Quba-Khachmaz zone), 2015
20. Socio-Economic and Enviromental Aspects of Nature, 2015
21. ОППС-Б04- Население и социальная экология (rus dilində), 2015
22. Protection of environment affection of climatic change to economy and human health, 2016
23. Analysis of the factors affected the settinq of popylation (On the of Quba-Khachmaz zone), 2016
24. Вопросы охраны окружающей среды и экологии в условиях современного этапа, 2017
25. Azərbaycanda alternativ enerji mənbələrindən istifadə edilməsinin ekocoğrafi istiqamətləri, 2017
26. Alternativ enerji mənbələri və onun ekoloji prespektivləri, 2017
27. Экспериментальное исследования лесных массивов Национального Парка «Самур-Ялама» с целью географо-экологической экспертизы, 2018
28. İmpact of ecological conditionsn on residential premises, 2018
29. Greenhouse effect and degradation of pastural, 2019

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.