Xəbərlər
Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı isə Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixli sərəncamı ilə təsis olunub
2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası 55/201 nömrəli qətnaməsi ilə 22 may tarixini Bioloji müxtəliflik üzrə Konvensiyanın qəbul olunması, həmçinin "Beynəlxalq bioloji Müxtəliflik günü" elan etmişdir.
Hər il BMT-nin Baş katibi Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə ictimaiyyət üçün mesaj hazırlayır. Müxtəlif illərdə bu günün müxtəlif mövzuları olmuşdur. 2014-cü ilin mövzusu "Adaların biomüxtəlifliyidir".
Bu gün Bakı Dövlət Universitetində Binəqədi rayonunda baş vermiş yanğında faciəli şəkildə həyatını itirən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Ülkər
Eyvazovanın anım mərasimi keçirilib.
Əziz Şövqü müəllim!
Sizə Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsinin çoxsaylı kollektivinin, professor-müəllim heyətinin və tələbələrinin ən səmimi salamlarını yetirir və anadan olmağınızın 80 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirik.
18.05.15-ci il tarixdə Ekologiya və torpaqşünaslıq fakültəsində IV kurs tələbələrinin Yekun Buraxılış işlərinin müdafiəsi keçirilmişdir
Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş doktorant, dissertant və magistrantların IV respublika elmi-praktiki konfransı keçirilib.
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilıik Mərkəzinin təşəbbüsü və Ekologiya və torpaqşünaslıq fakültəsi tələbələrinin iştirakı ilə Bakının Xəzər rayonunun ümumtəhsil məktəblərində ekologiyanın tədrisinin müasir metodikası üzrə açıq dərslər təşkil olunub.
Rusiya Federasiyası Tümen Dövlət Universitetinin Ekologiya və Təbii Sərvətlərdən Səmərəli İstifadə Elmi-Tədqiqat İnstitutunun direktoru, Rusiya Federasiyasının əməkdar ekoloqu, professor A.B.Soromotin Ekologiya və torpaqşünaslıq fakültəsində olub.
Əsası C.Sterlinq Mortan tərəfindən qoyulan Yer gününün bayram edilməsi XIX-cu əsrin 40-cı illərindən başlayır. 1872-ci ildə C. Morton Nebraska ştatının il ərzində bir günün ətraf ərazinin yaşıllaşmasına həsr edilməsi təklifi ilə çıxış edir və birinci ağac əkmə günü milyona yaxın ağac əkilir.
Bu gün Bakı Dövlət Universiteti ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında anlaşma memorandumu imzalanıb.
1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
7-8 may 2015-ci il tarixində Ümummilli Lider H.Ə.Əliyevin anadan olmasının 92 illik yubileyinə həsr olunmuş “XXI ƏSRDƏ EKOLOGİYA VƏ TORPAQŞÜNASLIQ ELMLƏRİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda IV Respublika Elmi Konfransı keçirəcəkdir.
Hər il martın 22-də Ümumdünya su ehtiyatları günü, yaxud Ümumdünya su günü (World Day of Water) qeyd olunur. Bu gün BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən qeyd olunmağa başlanıb.
Novruz yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Bu gözəl bayram münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, bahar əhval-ruhiyyəli, xoş, mənalı günlər yaşamağınızı arzu edirik. Novruz bayramında bütün istəklərinizin həyata keçməsi diləyi ilə. . .
Bir çox ölkələrdə 14 Mart Ümumdünya çaylar günü (Day of Action for Rivers) kimi qeyd olunur. Əvvəllər bu günü Beynəlxalq bəndlərə qarşı, çaylar, su və həyat uğrunda mübarizə günü (International Day of Action Against Dams and for Rivers, Water and Life) adlandırırdılar.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin Davamlı İdarəolunması Proqramı” çərçivəsində Qiymətləndirmə Missiyasının rəhbəri İsabel Hinrichsenin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində olub.
Bu gün fakültədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən “Müasir gənclik və milli-mənəvi, Bəşəri dəyərlər” mövzusunda elmi-praktik konfrans keçirilibdir
Ekologiya və torpaqşünaslıq fakültəsinin IV kurs tələbələri 2014-2015-ci tədris ilində yanvarın 26-dan fevralın 15-dək istehsalat təcrübəsini keçmişdilər
16.02.15-ci il tarixdə Ekologiya və torpaqşünaslıq fakültəsi Həmkarlar təşkilatının hesabat seçki yığıncağı olmuşdur
Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.