Ekologiya və torpaqşünaslıq fakültəsi

Xəbərlər

BDU-da yay imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü keçirilib

BDU-da yay imtahan sessiyası ilə əlaqədar "Açıq qapı" günü keçirilib.

Ətraflı
07/06/2017
Bakı Dövlət Universitetində CİS (Coğrafi İnformasiya Sistemləri) mütəxəssislərinin iştirakı ilə seminar keçirilib

Bakı Dövlət Universitetində Ekologiya və torpaqşünaslıq fakültəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) təşkilatçılığı ilə Respublikanın ali məktəblərində CİS (Coğrafi İnformasiya Sistemləri) fənnini tədris edən müəllimlər, müvafiq nazirliklərin nümayəndələri, özəl və dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə seminar keçirilib.

Ətraflı
01/06/2017
Ekologiya və torpaqşünaslıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirilib

Fakültə Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirilib. Seminarda Yerquruluşu, torpaq və şəhər kadastrı ixtisası üzrə təhsil alan tələbələr: Abdullayeva Aytənin "Məsafədən zondlama", Sədiyev Əlinin "Kimyəvi silahların cəmiyyətə təsiri", Umarov Fəqanın "Torpaqların eroziyasına meylliliyin, baxarlılığın, bitki örtüyünün təsirinin GİS (Coğrafi İnformasiya Sistemləri) əsasında tədqiqi mövzularda maraqlı məruzələr dinlənilib.

Ətraflı
17/05/2017
BDU-nun Analitik kimya kafedrasının professoru, Ekoloji kimya və ətraf mühitin mühafizəsi ETL müdiri, AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru Rəfiqə xanım Əliyeva vəfat etmişdir. Allah rəhmət eləsin!

Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının binasında respublikamızın tanınmış kimyaçı alimi, akademik, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyeva ilə vida mərasimi keçirilib.

Ətraflı
07/05/2017
Fakültəmizin futbol komandası 1/2 finala vəsiqə qazanıb

Ekologiya və torpaqşünaslıq fakültəsinin futbol komandası 1/4 final mərhələsində Coğrafiya fakültəsini 3:2 hesabı ilə məğlub edərək 1/2 finala vəsiqə qazanıb.
TƏBRİK EDİRİK!

Ətraflı
24/04/2017
Yer Günü münasibətilə seminar keçirilib

Ekologiya və torpaqşünaslıq fakültəsi və Coğrafiya fakültəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyinin məsul işçilərinin iştirakı ilə Beynəlxalq Yer Günü münasibətilə seminar keçirilib.

Ətraflı
20/04/2017
Ümumdünya Yer Günü

Əsası C.Sterlinq Mortan tərəfindən qoyulan Yer gününün bayram edilməsi XIX-cu əsrin 40-cı illərindən başlayır. 1872-ci ildə C. Morton Nebraska ştatının il ərzində bir günün ətraf ərazinin yaşıllaşmasına həsr edilməsi təklifi ilə çıxış edir və birinci ağac əkmə günü milyona yaxın ağac əkilir.

Ətraflı
18/04/2017
Respublika Elmi Konfransı

4 – 5 may 2017-ci il tarixində Ümummilli Lider H.Ə.Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş “XXI ƏSRDƏ EKOLOGİYA VƏ TORPAQŞÜNASLIQ ELMLƏRİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda VI Respublika Elmi Konfransı keçirəcəkdir.

Ətraflı
07/04/2017
31 mart − Azərbaycanlıların soyqırımı günüdür

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Ətraflı
31/03/2017
Novruz bayramınız mübarək!!!

Novruz yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Bu gözəl bayram münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, bahar əhval-ruhiyyəli, xoş, mənalı günlər yaşamağınızı arzu edirik. Novruz bayramında bütün istəklərinizin həyata keçməsi diləyi ilə. . .
Ekologiya və torpaqşünaslıq fakültəsi

Ətraflı
21/03/2017
Bakıda Beynəlxalq Su Həftəsi keçiriləcək

Martın 14-18-i tarixlərində Bakı şəhərində “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək.

Ətraflı
14/03/2017
“Ətraf mühit və qida təhlükəsizliyi” adlı dərs vəsaiti hazırlanıb

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin “Ekoloji kimya” kafedrasının professoru Sevinc Hacıyeva və adıçəkilən kafedranın dosenti  Elmina Qədirovanın birgə müəllifliyi ilə magistr pilləsi üçün  ingilis dilində “Ətraf mühit və qida təhlükəsizliyi” adlı dərs vəsaiti hazırlanıb.

Ətraflı
14/03/2017
Ekoloji kimya kafedrasının əməkdaşı Moldova Respublikasında təşkil olunan \"VI Beynəlxalq ekoloji kimya və ətraf mühit kimyası\" konfransında iştirak etmişdir

Moldovanın paytaxtı Kişinyov şəhərində mart ayının 1-3 tarixlərində “Ekoloji və ətraf mühit kimyası üzrə 6-cı Beynəlxalq Konfrans” keçirilmişdir. Konfrans UNESCO, Moldova Elmlər Akademiyası, Təhsil, Elm və mədəniyyət üzrə hökümətlərarası Fond və digər Milli və Beynəlxalq təşkilatlar tərəfindən dəstəklənmişdir.

Ətraflı
07/03/2017
Ekologiya və torpaqşünaslıq fakültəsi Həmkarlar Təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Ekologiya və torpaqşünaslıq fakültəsi Həmkarlar Təşkilatının hesabat-seçki yığıncağı keçirilib. BDU Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Fikrət Şiriyev iclasda iştirak edib.

Ətraflı
06/03/2017
Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri istehsalat təcrübəsində

Ekologiya və torpaqşünaslıq fakültəsinin IV kurs tələbələri 2016/17-ci tədris ilində fevralın 16-dan martın 7-dək istehsalat təcrübəsi keçirlər.

Ətraflı
20/02/2017
Ekologiya və torpaqşünaslıq fakültəsində 2 dərslik nəşr olunub

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının əməkdaşları: professorlar S.R.Hacıyeva, N.T.Şəmilov, dosentlər F.E.Hüseynov, T.İ.Əliyeva, Ü.N.Rüstəmova, müəllimlər Z.T.Vəliyeva, A.A.Səmədova, Ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşı C.Z.Səmədov tərəfindən tərtib olunmuş bakalavr pilləsi üçün üç dildə (ingilis, rus, azərbaycan) “Tətbiqi ekologiyadan praktikum” və  magistratura pilləsi üçün “Роль химических элементов в биосфере” adlı dərs vəsaitləri çapdan çıxıb.

Ətraflı
17/02/2017
Bakı Dövlət Universitetində 20 Yanvar şəhidləri anılıb

Tədbir BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısında  keçirilib

Ətraflı
19/01/2017
Akademik Qərib Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şöhrət Ordeni ilə təltif edilib

Akademik Qərib Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət Ordeni" ilə təltif edilib.
TƏBRİK EDİRİK !!!

Ətraflı
10/01/2017
Akademik Qərib Məmmədovu anadan olmasının 70 illiyi münasibətilə ürəkdən təbrik edirik!

Akademik Qərib Məmmədovun anadan olmasının 70, elmi-təşkilati fəaliyyətinin 45 ili tamam olur
Yanvarın 6-da ölkəmizdə torpaqşünaslıq, ekologiya, torpaqların aqroekologiyası və bonitirovkası sahəsində görkəmli alim, BDU-nun Torpaqşünaslıq kafedrasının müdiri, AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədovun 70 yaşı tamam olur.

Ətraflı
05/01/2017
BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Bakı Dövlət Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib

Ətraflı
29/12/2016
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.