Xəbərlər
BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir
Akademik Qərib Məmmədov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət Ordeni" ilə təltif edilib.
TƏBRİK EDİRİK!!!
Bakı Dövlət Universiteti Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının sədri Töhfə Mehdiyevanın rəhbərliyi ilə universitet tələbələri “Xəzər dənizinin ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, qarşıda duran perspektivlər” mövzusunda dəyirmi masada iştirak ediblər
Ekologiya və torpaqşünaslıq fakültəsi Bioekologiya kafedrasının müdiri prof. Nərminə Sadıqova, həmin kafedranın əməkdaşları b.f.d. dosent Məhluqə Yusifova və Günel Sarıyeva 24-25 noyabr 2017-ci il tarixində Bakıda keçirilmiş “Transforming our World: The role of Science to foster the integration and the implementation of the Sustainable Development Goals” adlı Beynəlxalq konfransın işində iştirak ediblər.
Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.