Xəbərlər
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin Davamlı İdarəolunması Proqramı” (BDİP) çərçivəsində Ekologiya və Torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının yeni istifadəyə verilmiş laboratoriyasında magistr pilləsi üçün beynəlxalq standartlara uyğun tədris proqramının təqdimat mərasimi keçirilib.
BDU-nun Ekologiya və torpaqşünaslıq fakultəsinin Coğrafi ekologiya kafedrasının dosenti, kənd təsərrüfatı elmləri namizədi Allahverdi Dolxanov Dünya Bankının layihəsi üzrə Moskva vilayətinin Puşkino şəhərində keçirilmiş beynəlxalq elmi seminarda iştirak edib. 4-6 aprel tarixlərində keçirilmiş seminar meşə siyasətinə həsr olunub. Alim tədbirin müzakirələrində fəal iştirak edərək, fikir və mülahizələrini bildirib.
Azәrbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tәdqiqat proqramlarının, layihәlәrinin vә digәr elmi tәdbirlәrin maliyyәlәşdirilmәsi mәqsәdi ilә qrantların verilmәsi üzrә 2011-ci il üçün "Gənc alim və mütəxəssislərin qrant layihələri” müsabiqəsindən uğurla keçmiş layihәlәr arasında Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasınnın əməkdaş və tələbələri də var.
04.04.2012-ci il tarixində BDU Elmi Şurasının genişləndirilmiş iclasında 2011-ci təqvim ilində əldə edilmiş elmi-tədqiqat işlərinin yüksək nəticələrinə görə fakültəmiz İLİN FAKÜLTƏSİ elan edilmişdir. Fakültə kollektivini təbrik edirik!
Bakı Dövlət Universitetində (BDU) universitetin Ekologiya və Torpaqşünaslıq fakültəsinin yaradılmasının ildönümü qeyd olunub. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov fakültənin bir illik fəaliyyətini yüksək qiymətləndirib, onun müəllim və tələbələrini təbrik edib.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Dünya Bankının maliyə dəstəyi ilə 27 fevral-09 mart tarixlərində "Torpaqların kadastr qiymətləndirilməsi" mövzusunda təlim keçirilmişdir. Təlimdə fakültəmizin Yerquruluşu və kadastr kafedrasının əməkdaşlarından dos.A.B.Cəfərov, b.e.n.A.S.Orucov və magistrant Ə.İsgəndərov iştirak etmişlər.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin Davamlı İdarəolunması Proqramı” (BDİP) Bakı Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində, universitetin yeni yaradılmış Ekologiya və Torpaqşünaslıq fakültəsi ilə müxtəlif layihələr həyata keçirmək, fakültənin Bioekologiya kafedrasının magistrantları üçün beynəlxalq standartlara uyğun tədris proqramı hazırlamaq niyyətindədir. Bu məqsədlə fevral ayında Bakıda Almaniyadan dəvət olunmuş mütəxəssislər və Bakı Dövlət Universitetində yaradılmış işçi qrupunun ilkin görüşü keçirilmişdi.
Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanlığı əziz xanımlarımızı 8 mart Beynəlxalq qadınlar bayramı münasibətilə təbrik edir!
Fakültə tələbə elmi cəmiyyətinin ilk iclası keçirilmişdir
"Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. Ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır - vəhşiliyin görünməmiş bir təzahürüdür."
Heydər Əliyev
6-8 fevral tarixlərində GİZ-in BDİP tərəfindən Greifswald universitetinin və Mixail Zukkov fondunun əməkdaşları cənab Mixail Zukkov (Fondun yaradıcısı və prezidenti), cənab Sebastyan Şmidt (Fondun icracı meneceri) və xanım Anya Zalser (layihənin koordinatoru) Bakı Dövlət Universitetində olublar.
Bakı Dövlət Universitetinin “Ekologiya və torpaqşünaslıq” fakültəsinin əməkdaşları ARDNŞ-nin Ekologiya İdarəsində olmuşlarş
Ekologiya və Torpağşunaslıq fakültəsinin rus bölməsinin I kurs tələbələrinin təşəbbüsü ilə rus dilində 02.11.2011 –ci tarixində DEBATLAR keçirilmişdir. Debatlar “İnsan təbiətə təsirini azalda bilərmi?” mövzusu ətrafında təşkil olunmuşdur. Debatların ümümi qəbul olunmuş qaydalarına əsasən iştrakçılar iki komandaya bölünür. Bir tərəfdən müzakirəyə qoyulmuş mövzunu dəstəkləyən, yani “Təstiq” komandası, digər tərəfdən isə müzakirədə qoyulmuş sualı inkar edən tərəf, yani “İnkar” komandası çıxış edir!
Gənc ekoloqların “Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah”( İDEA -İnternational Dialogue on Environmental Action) adı ilə Qəbələdə keçirilən beynəlxalq düşərgəsi işini davam etdirir.Gün.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, beynəlxalq tədbirin əsas məramı ekoloji problemlərin yaratdığı təhlükələrin qarşısını almaq üçün cəmiyyətin və xüsusən də gənclərin səylərini səfərbər etməkdir.
Bu gün Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və Torpaqşünaslıq Fakultəsində Həmkarlar İttifaqı Komitəsinin (HİK) təsis iclası keçirilib. Tədbiri açan BDU Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev universitetin tarixindən danışıb, fakültə HİK-in əhəmiyyətini qeyd edib.
“EkoSfera” Sosial-Ekoloji Mərkəzi, Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrası ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə 8-9 oktyabr 2011-ci il tarixində gənclər üçün "XXI əsrdə milli parklar: davamlı inkişafa və Azərbaycanın bioloji və etnomədəni müxtəlifliyinin mühafizəsinə qlobal dəyişikliklər kontekstində töhfə” mövzusunda elmi-praktik seminar keçirib.
Bu gün Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci illiyinə həsr edilmiş “Tətbiqi ekologiyanın problemləri” mövzusunda elmi-metodik konfrans keçirilib.
Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Ekologiya və təbii sərvətlər nazirliyi ilə birlikdə “Müstəqillik illəri və ekoloji problemlərin həlli” mövzusunda dəyirmi masa keçirilib.
Bu gün Bakı Dövlət Universitetində 15 sentyabr - Bilik günü münasibətilə tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını Bilik günü münasibətilə təbrik edib. Akademik Abel Məhərrəmov deyib ki, Bakı Dövlət Universiteti gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında bütün təhsil ocaqlarına örnək olmuş və bu gün də örnək olaraq qalmaqdadır.
Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.