Xəbərlər
Azərbaycan Respublikası Prezdenti yanında Gənclər Fondunun maddi dəstəyi ilə həyata keçirilən, Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Pərviz Əfəndizadənin rəhbərlik etdiyi “Ekoloji maarifləndirmə təlimçilər qrupunun yaradılması” layihəsi başa çatmaq üzrədir. Layihə çərçivəsində Bakı, Şəki və Şirvan şəhərlərində gənclərlə görüşlər keçirilmiş, “Ekoloji məlumat kitabı” adlı maarifləndirici vəsait nəşr olunmuşdur.
2013-cü ildəki uğurlarına, yüksək elmi nəticələrinə, aktiv ictimai fəaliyyətinə və liderlik keyfiyyətlərinə görə fərqləndikləri üçün fakültəmizin tələbələri "İlin ən yaxşı tələbəsi" fəxri adına layiq görülmüş və diplomlarla təltif olunmuşlar.
Ekologiya və torpaqşünaslıq fakültəsinin bioekologiya kafedrasının əməkdaşı Til Dieterich seçilmiş ekoloji landşaft metodları üzrə mühazirə-treninqlər və "Ekoloqlar üçün ingilis dili" kursları təşkil etmişdir. Ətraflı məlumatı xəbərin ardında oxuya bilərsiniz.
Yerquruluşu və Kadastr kafedrasının müdiri dos.T.N. Nizamzadə 25.06.2013-cü il tarixindən 26.07.2013-cü il tarixinədək Latviya Respublikasının Riqa şəhərində Torpağların Avropa İttifaqı standartlarına uyğun olaraq kadastr qiymətləndirilməsi metodologiyasının hazırlanması və onun dövlət torpaq kadastr sisteminə inteqrasiya edilməsi sahəsi üzrə təlim keçmişdir.
Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə I kurs, T041A qrupunun tələbələri Şamaxı və İsmayıllı rayonlarında çöl-tədris təcrübəsində olmuşlar.
Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq kafedrasının əməkdaşları: dos.Z.R.Mustafayeva, baş müəllim C.Ə.Şabanov, b.f.d., baş laborant T.A.Xolina çöl-torpaq tədqiqatı materialları toplamaq mqsədilə 01.07-11.07.2013-cü il tarixlərində Quba rayonunda elmi ekspedisiyada olmuşlar.
2013-cü il 1-5 iyun tarixlərində Ekologiya və torpaqşünaslıq fakültəsinin, “Bioekologiya” kafedrası və Almaniya-Azərbaycan Əməkdaşlıq birliyinin birgə təşkil etdiyi “Ali bitkilərin təyin edilməsi və oxuyan quşların monitorinqi” mövzusunda təlimin III hissəsi keçirilmişdir.
“Yerquruluşu və kadastr” kafedrasının baş müəllimi b.e.n. Orucov Akif Sovda oğlu və “Torpaqşünaslıq” kafedrasının laboratoriya müdiri b.e.n. Abdullayeva Günel Məhəmməd qızı Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən “Biomüxtəlifliyin Davamlı İdarə Olunması sahəsində təcrübə mübadiləsi və meşə ekologiyası kurrikulumunun” hazırlanması məqsədilə təşkil olunmuş seminarda iştirak etmək üçün 02-09 iyun 2013-cü il tarixlərində Almaniya Federativ Respublikasınada səfərdə olmuşlar.
Bugün Bakı Dövlət Universitetində Ekologiya və torpaqşünaslıq fakültəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə 5 iyun - Beynəlxalq Ətraf mühiti mühafizə gününə həsr olunmuş "Ekologiya və ətraf mühiti mühafizə sahəsində görülən işlər, qarşıda duran vəzifələr" mövzüsünda seminar-məşğələ keçirilmişdir. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşları Ş.Bağırov və G.Süleymanov iştirak etmişlər. Onlar tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırmışlar.
Bu gün BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsi tərəfindən ümummilli lider H.Ə.Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “XXI ƏSRDƏ EKOLOGİYA VƏ TORPAQŞÜNASLIQ ELMLƏRİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir. Konfransın Plenar hissəsi saat 12.00-da keçirilərək, 14.00-dan isə 5 bölmə üzrə iclaslar davam etmişdir.
Ümummilli lider H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş iməcilikdə fakültəmizin də əməkdaşları yaxından iştirak etmişlər. İməcilik BDU-nun Quba rayonunun II Nügədi kəndində yerləşən tədris-istirahət binasının ərazisində keçirilmişdir.
2012-ci təqvim ilində elmi işlərin yüksək nəticələrinə görə "Ekoloji kimya və ətraf mühitin mühafizəsi" ETL Elmi-tədqiqat strukturları arasında I yeri tutmuşdur. Laboratoriyanın rəhbəri AMEA-nın müxbir üzvü, prof. R.Ə.Əliyevanı və rəhbərlik etdiyi kollektivi ürəkdən təbrik edirik.
Beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsindəki roluna və yüksək elmi nailiyyətlərinə görə Mahmudov Kamran Talıb oğlu Fəxri Fərmanla və pul mükafatı ilə təltif olunmuşdur. Təbrik edirik!
Bu gün II kurs magistrantların növbəti Elmi Seminarı keçirilmişdir. Seminarda P.İ.Babayeva (Ekoloji kimya kafedrası), Ü.R.Qədiyeva (Bioekologiya kafedrası) və Ə.Ə.İsgəndərovun (Yerquruluşu və kadastr kafedrası) məruzələri dinlənilmişdir.
Ekologiya və torpaqşünaslıq fakültəsi 7-8 may 2013-cü il tarixində Ümummilli Lider H.Ə.Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “XXI ƏSRDƏ EKOLOGİYA VƏ TORPAQŞÜNASLIQ ELMLƏRİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda Respublika Elmi Konfransı keçirəcəkdir.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən “Cənubi Qafqazda Biomüxtəlifliyin Davamlı İdarəolunması Proqramı” çərçivəsində Ekologiya və torpaqşünaslıq fakültəsinin “Bioekologiya” kafedrası ilə əməkdaşlığın növbəti mərhələsi olaraq Azərbaycanda biomüxtəlifliyin qorunması sahəsində mütəxəssislərin yetişdirilməsi məqsədilə bir sıra xarici ekspetlər dəvət olunmuşdur. Bioekologiya kafedrasında Almaniyadan dəvət olunmuş ekspertlərdən biri - Tilmann Dieterix tərəfindən “Landşaftın ekologiyası və çöl tədqiqatı metodlarının ekosistemlərin və onların daxilindəki yaşayış mühitlərinin qavranılmasında əhəmiyyəti” mövzusunda mühazirə dinlənilmişdir.
Bakı Dölət Uniıersitetində keçirilən akademik Həsən Əliyevin 105 illik yubileyinə həsr olunmuş «Ekologiya: təbiət və cəmiyyət problemləri» adlı II Beynəlxalq konfrans bu gün bölmələr üzrə işini davam etdirib.
Bu gün Bakı Dölət Uniıersitetində akademik Həsən Əliyevin 105 illik yubileyinə həsr olunmuş «Ekologiya: təbiət və cəmiyyət problemləri» adlı II Beynəlxalq konfrans keçirilib.
Gənclər arasında ətraf mühitin mühafizəsi ilə bağlı layihələr həyata keçirən IDEA Kampaniyası BDUda təqdimat merasimi keçirib.
Ekologiya və torpaqşünaslıq fakültəsində ekologiya ixtisası üzrə I kursa qəbul olunmuş tələbələrlə fakültə rəhbərliyinin görüşü keçirilmişdir. Görüşü fakültənin dekanı dos. N.T.Şəmilov açaraq, fakültənin yaranma tarixi, strukturu və fəalyyəti barədə geniş məlumat vermişdir.
Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.