Xəbərlər
Seminarda “Təmiz Şəhər” ASC-nin “Ətraf mühit və əməyin mühafizəsi” şöbəsinin müdiri Sabit Zeyniyev, “EkoReal”ın direktoru Telman Zeynalov mühazirələrlə çıxış ediblər. Seminarda çıxış edən Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı professor Nazim Şəmilov Azərbaycanda ətraf mühitin yaxşılaşdırılması məqsədilə bərk məişət tullantılarının idarə olunmasına dövlət tərəfindən göstərilən qayğıdan, tullantıların səmərəli idarə olunmasının əhəmiyyətindən bəhs edib.
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin III kurs tələbəsi Qasımzadə Rəvanə Feyzulla qızına FSC təşkilatı tərəfindən Norveçdə keçirilən “Təmiz ev və Yaşıl şəhər” layihəsində iştirakına görə sertifikat verilib.
İclasda BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru prof.İ.N.Əliyeva, Elm və innovasiyalar üzrə prorektoru prof.A.H.Kazımzadə, BDU-nun Tədris-Metodik Şurasının sədri akad.V.M.Babazadə və TM Şuranın digər üzvləri iştirak etmişlər.
BDU-da Azərbaycan ədəbiyyatının və elminin inkişafına əvəzsiz töhfələr vermiş böyük ədib və alim, görkəmli pedaqoq, ictimai xadim, professor Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş iki cildlik kitabın təqdimat mərasimi keçirilib
16 oktyabr 2014-cü il tarixdə saat 1400-da 400 saylı auditoriyada (Coğrafiya fakültəsi) "Təmiz şəhər" ASC və Milli ekoloji proqnozlaşdırma mərkəzi QHT iştirakı ilə gənclərdə ekoloji mədəniyyətin formalaşdırılması məqsədilə "Tullantıların idarə olunması" mövzusunda seminar keçiriləcəkdir.
Bakı Dövlət Universitetində beynəlxalq ümumdünya sülh günü münasibətilə tədbir keçirilib
Ekologiya və torpaqşünaslıq fakültəsində bakalavr səviyyəsi ekologiya, torpaqşünaslıq və aqrokimya, yerquruluşu, torpaq və şəhər kadastrı ixtisasları üzrə IV kurs tələbələrinin buraxılış işlərinin müdafiəsi keçirilmişdir.
Ekologiya və torpaqşünaslıq fakültəsinin “Bioekologiya” kafedrasının dosenti, “EkoSfera” İctimayi birliyinin sədri - Sultan-zadə Firuzə Vəhdət qızı ekologiya və təbii sərvətlər sahəsində ictimayyətin maarifləndirməsi və bu sahədə keçirilən tədbirlərdə fəal iştrakına görə fəxri fərmanla təltif edilib.
Ekologiya və torpaqşünaslıq fakültəsinin, “Bioekologiya” kafedrası və Almaniya-Azərbaycan Əməkdaşlıq birliyinin birgə təşkil etdiyi “Ali bitkilərin təyin edilməsi və oxuyan quşların monitorinqi” mövzusunda təlimin sonuncu hissəsi keçirilmişdir.
Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Şövqi Göyçaylı “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə ən yaxşi vətənpərvər tədqiqatçi alim qızıl medalla təltif olunub.
Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Təhsil Nazirliyi tərəfindən başlanılmış, abituriyentlərin ixtisas seçiminə dəstək məqsədilə “İxtisas seçimi” adlı kampaniya çərçivəsində Bakı Dövlət Universiteti Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya, Torpaqşünaslıq və aqrokimya, Yerquruluşu və kadastr ixtisaslarının tanıtımı məqsədilə professor-müəllim heyətinin Bakı şəhəri 53 saylı orta məktəbdə şagidlərlə görüşü keçirilib.
2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası 55/201 nömrəli qətnaməsi ilə 22 may tarixini Bioloji müxtəliflik üzrə Konvensiyanın qəbul olunması, həmçinin "Beynəlxalq bioloji Müxtəliflik günü" elan etmişdir.
2014-cü ilin mövzusu "Adaların biomüxtəlifliyidir".
Beynəlxalq Kosmos günü bütün dünyada 1998-ci ildən bəri qeyd olunur. O zaman beynəlxalq bayramlar təqviminə daha bir bayram əlavə etmək haqqında təklifi açıq kosmosdan amerikan astronavtı Endryu Tomas irəli sürmüşdür. Həmin anda o "Mir" orbital stansiyasında idi. Bu astronavt Rusiyanın "Mir" orbital stansiyasında olmuş sonuncu amerikalıdır. Ondan sonra Rusiya və ABŞ kosmosda fərqli və müxtəlif obyektlərdə tədqiqatlar aparırlar.
Ekologiya və torpaqşünaslıq fakültəsində Ümummilli lider H.Ə.Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş "XXI əsrdə ekologiya və torpaqşünaslıq elmlərinin aktual problemləri" mövzusunda III Respublika Elmi Konfransı keçirilmişdir. Konfrans fəaliyyətini seksiyalar üzrə davam etdirir.
“Ekologiya və Torpaqşünaslıq” fakültəsinin I kurs magistrantı Rizayeva Afaq Bakı Biznes Universitetində keçirilmiş konfransda I dərəcəli diplomla təltif olunmuşdur.
BDU-da Ekologiya və torpaqşünaslıq fakültəsinin keçirdiyi "Ekoetik problemlər və ekoloji mədəniyyətimiz" müsabiqəsinə yekun vurulub və qaliblər təltif edilib.
DAAD-ın (Deutscher Akademischer Austausch Dienst) Bakı ofisinin rəhbəri ekspert Nicola Ullisch "Possibilities to study in Germany" - "Almaniyada təhsil almaq imkanı" mövzusunda tələbələr və iştirak etmək istəyən hər kəs üçün seminar təşkil edir. Seminar 11.04.2014-cü il tarixində 12:00-13:30-da Bioekologiya kafedrasının 438 saylı laboratoriyasında keçiriləcək.
Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.