Xəbərlər
1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Novruz yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Bu gözəl bayram münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, bahar əhval-ruhiyyəli, xoş, mənalı günlər yaşamağınızı arzu edirik. Novruz bayramında bütün istəklərinizin həyata keçməsi diləyi ilə. . .
Ekologiya və torpaqşünaslıq fakültəsi
Martın 14-18-i tarixlərində Bakı şəhərində “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək.
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin “Ekoloji kimya” kafedrasının professoru Sevinc Hacıyeva və adıçəkilən kafedranın dosenti Elmina Qədirovanın birgə müəllifliyi ilə magistr pilləsi üçün ingilis dilində “Ətraf mühit və qida təhlükəsizliyi” adlı dərs vəsaiti hazırlanıb.
Moldovanın paytaxtı Kişinyov şəhərində mart ayının 1-3 tarixlərində “Ekoloji və ətraf mühit kimyası üzrə 6-cı Beynəlxalq Konfrans” keçirilmişdir. Konfrans UNESCO, Moldova Elmlər Akademiyası, Təhsil, Elm və mədəniyyət üzrə hökümətlərarası Fond və digər Milli və Beynəlxalq təşkilatlar tərəfindən dəstəklənmişdir.
Ekologiya və torpaqşünaslıq fakültəsi Həmkarlar Təşkilatının hesabat-seçki yığıncağı keçirilib. BDU Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Fikrət Şiriyev iclasda iştirak edib.
Ekologiya və torpaqşünaslıq fakültəsinin IV kurs tələbələri 2016/17-ci tədris ilində fevralın 16-dan martın 7-dək istehsalat təcrübəsi keçirlər.
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının əməkdaşları: professorlar S.R.Hacıyeva, N.T.Şəmilov, dosentlər F.E.Hüseynov, T.İ.Əliyeva, Ü.N.Rüstəmova, müəllimlər Z.T.Vəliyeva, A.A.Səmədova, Ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşı C.Z.Səmədov tərəfindən tərtib olunmuş bakalavr pilləsi üçün üç dildə (ingilis, rus, azərbaycan) “Tətbiqi ekologiyadan praktikum” və magistratura pilləsi üçün “Роль химических элементов в биосфере” adlı dərs vəsaitləri çapdan çıxıb.
Tədbir BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısında keçirilib
Akademik Qərib Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət Ordeni" ilə təltif edilib.
TƏBRİK EDİRİK !!!
Akademik Qərib Məmmədovun anadan olmasının 70, elmi-təşkilati fəaliyyətinin 45 ili tamam olur
Yanvarın 6-da ölkəmizdə torpaqşünaslıq, ekologiya, torpaqların aqroekologiyası və bonitirovkası sahəsində görkəmli alim, BDU-nun Torpaqşünaslıq kafedrasının müdiri, AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədovun 70 yaşı tamam olur.
Bakı Dövlət Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu il keçirilmiş seçkilərdə dünyanın ən nüfuzlu elmi qurumlarından biri olan Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Bakı Dövlət Universiteti Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri, eləcə də Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Ekologiya klubunun üzvləri Bakı Ekspo Mərkəzində “Caspian Ecology” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisində iştirak ediblər
Bakı Dövlət Universiteti Ekologiya və torpaqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatı və Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Ekologiya klubunun təşkilatçılığı ilə tələbələr, Ekologiya və təbii sərvətlər nazirliyi nəzdində fəaliyyət göstərən Geologiya muzeyində ekskursiyada iştirak etmişlər.
BDU-da universitetdaxili “50+50” qrant proqramının növbəti mərhələsinin qalibləri və ixtisaslar üzrə müsabiqə komissiyalarının üzvləri ilə görüş keçirilib.
Fakültənin doktorantı Vəliyeva Günay Hacımurad qızı və III kurs tələbəsi Əhlimanova Pikəxanım Oqtay qızı qalib olublar. Təbrik edirik!!!
Bakı Dövlət Universiteti ilə San-Antonio Mursiya Katolik Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
BDU rektoru bu il keçirilmiş seçkilərdə dünyanın ən nüfuzlu elmi qurumlarından biri olan Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
TƏBRİK EDİRİK!!!
BDU-nun professorları həmmüəllifi olduqları “Ekosistemlərin ekologiyası və təbiətdən istifadə” kitabı çapdan çıxıb
Ekologiya və torpaqşünaslıq fakültəsində Tədris Metodiki Şuranın hesabat yığıncağı keçirilib.
Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.