Xəbərlər
Ekologiya və torpaqşünaslıq fakültəsində Tədris Metodiki Şuranın hesabat yığıncağı keçirilib.
BDU doktorantı Rusiya Federasiyasında keçirilən "İnnovasiyaların İdarə olunması" adlı gənclər məktəbində iştirak etmişdir
Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının böyük laborantı (doktorant) Səmədova Aytən Aftandil qızı 25.09.2017-01.10.2017 tarixlərində Almaniya Federativ Respublikasının Münxen şəhərində yerləşən Helmholtz Mərkəzinin Ekoloji Kimya İnstitutunda texniki təhsil kursu keçib.
Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Portuqaliyanın Lissabon Universiteti, Leyriya Universiteti və İspaniyanın Korunya Universitetinin birgə təşkilatçılığı ilə Avropa Komissiyasının TEMPUS proqramının “Beynəlxalq bilik mübadiləsi vasitəs iilə təhsildə islahat” layihəsi çərçivəsində tələbələr üçün maarifləndirici görüş keçirilib.
25 sentyabr 2017-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, ictimaiyyətin Xəzərin ətraf mühitinin birgə mühafizəsinə cəlb olunması və gənc nəslin ekoloji maarifləndirilməsi məqsədilə “Xəzər dənizinin ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, qarşıda duran perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
Bu gün BDU-da görkəmli kimyaçı alim, universitetin Analitik kimya kafedrasının professoru, Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə xanım Əliyevanın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Portuqaliyanın Lissabon Universiteti, Leyriya Universiteti və İspaniyanın Korunya Universitetinin birgə təşkilatçılığı ilə Avropa Komissiyasının TEMPUS proqramının “Beynəlxalq bilik mübadiləsi vasitəsilə təhsildə islahat” (544178-TEMPUS-1-2013-1-PT-TEMPUS-JPCR) layihəsi çərçivəsində tələbələr üçün maarifləndirici görüş keçiriləcək.
14 sentyabr 2017-ci il tarixdə Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanlığının fakültəyə qəbul olunmuş birinci kurs tələbələri və onların valideynləri ilə görüşü keçirilib
Bakı Dövlət Universiteti (BDU) ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti arasında anlaşma memorandumu imzalanıb.
Bakı Dövlət Universitetinin Qubanın II Nügədi kəndindəki Tədris-Təcrübə və İstirahət mərkəzində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib
Ekologiya və torpaqşünaslıq fakültəsinin II kurs magistrantlarının buraxılış işlərinin müdafiəsi keçirilib
Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin buraxılış işlərinin müdafiəsi keçirilib
BDU-da yay imtahan sessiyası ilə əlaqədar "Açıq qapı" günü keçirilib.
Bakı Dövlət Universitetində Ekologiya və torpaqşünaslıq fakültəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) təşkilatçılığı ilə Respublikanın ali məktəblərində CİS (Coğrafi İnformasiya Sistemləri) fənnini tədris edən müəllimlər, müvafiq nazirliklərin nümayəndələri, özəl və dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə seminar keçirilib.
Fakültə Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirilib. Seminarda Yerquruluşu, torpaq və şəhər kadastrı ixtisası üzrə təhsil alan tələbələr: Abdullayeva Aytənin "Məsafədən zondlama", Sədiyev Əlinin "Kimyəvi silahların cəmiyyətə təsiri", Umarov Fəqanın "Torpaqların eroziyasına meylliliyin, baxarlılığın, bitki örtüyünün təsirinin GİS (Coğrafi İnformasiya Sistemləri) əsasında tədqiqi mövzularda maraqlı məruzələr dinlənilib.
Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının binasında respublikamızın tanınmış kimyaçı alimi, akademik, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyeva ilə vida mərasimi keçirilib.
Ekologiya və torpaqşünaslıq fakültəsinin futbol komandası 1/4 final mərhələsində Coğrafiya fakültəsini 3:2 hesabı ilə məğlub edərək 1/2 finala vəsiqə qazanıb.
TƏBRİK EDİRİK!
Ekologiya və torpaqşünaslıq fakültəsi və Coğrafiya fakültəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyinin məsul işçilərinin iştirakı ilə Beynəlxalq Yer Günü münasibətilə seminar keçirilib.
Əsası C.Sterlinq Mortan tərəfindən qoyulan Yer gününün bayram edilməsi XIX-cu əsrin 40-cı illərindən başlayır. 1872-ci ildə C. Morton Nebraska ştatının il ərzində bir günün ətraf ərazinin yaşıllaşmasına həsr edilməsi təklifi ilə çıxış edir və birinci ağac əkmə günü milyona yaxın ağac əkilir.
4 – 5 may 2017-ci il tarixində Ümummilli Lider H.Ə.Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş “XXI ƏSRDƏ EKOLOGİYA VƏ TORPAQŞÜNASLIQ ELMLƏRİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda VI Respublika Elmi Konfransı keçirəcəkdir.
Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.