Xəbərlər
Akademik Rəfiqə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümüdür
Bakı Dövlət Universitetində (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə "Nitratlarla çirklənmiş torpaq və suyun bimetal nanohissəciklərlə təmizlənmə metodikasının hazırlanması" mövzusunda onlayn elmi seminar keçirilib
Ekologiya və torpaqşünaslıq fakültəsində onlayn formatda magistr dissertasiyalarının müdafiəsi keçirilib
2019-2020-ci tədris ilinin onlayn formatda keçirilən yaz imtahan sessiyasının 4-cü həftəsi də uğurla yekunlaşdı.
Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya, Torpaqşünaslıq və aqrokimya və Yerquruluşu, torpaq və şəhər kadastrı ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin buraxılış işlərinin onlayn formatda müdafiəsi keçirilib.
Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının dosenti Allahverdi Dolxanov vəfat edib. Allah rəhmət eləsin!
2019-2020-ci tədris ilinin onlayn yaz imtahan sessiyası davam edir
“Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda Respublika virtual elmi konfransı keçirilib
Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə 16 iyun 2020-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ekologİya və torpaqşünaslıq elmləri XXI əsrdə” MÖVZUSUNDA GƏNC TƏDQİQATÇILARIN RESPUBLİKA VİRTUAL ELMİ KONFRANSI keçiriləcəkdir.
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin “Ekoloji kimya” kafedrasının dosenti E.M.Qədirova Rusiyanın Obninsk şəhərində 21-22 may tarixində keçirilən “Texnogen sistemlər və ekoloji risk” III Beynəlxalq Elmi Konfransında komitə üzvü seçilib. Konfrans onlayn qaydada keçirilib və məruzələr dinlənilib.
Ekologiya və torpaqşünaslıq fakültəsində Microsoft Teams platforması üzərindən 2019-2020-ci tədris ilinin ilk onlayn imtahanları baş tutub
İyun ayının 5-də Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının onlayn formatda geniş tərkibdə iclası keçirilib
5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günüdür...Təbrik edirik!!!
22 may 2020-ci il tarixində Microsoft Teams proqramı üzərindən onlayn formada Ekologiya və torpaqşünaslıq fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilmişdir.
“Ekoloji kimya və ətraf mühitin mühafizəsi” ETL-nın aparıcı elmi işçisi, Portuqaliyanın Lissabon Universitetində uzunmüddətli elmi ezamiyyətdə olan kimya elmləri doktoru Kamran T. Mahmudov 19 may 2020-ci il saat 15:00-da BDU-nun tələbələri üçün Microsoft Teams platforması üzərindən “Yeni tip rabitələr” mövzusunda onlayn mühazirə keçəcəkdir.
22-23 may 2020-ci il tarixində Ümummilli Lider H.Əliyevin anadan olmasının 97 illiyinə həsr olunmuş “Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə”
mövzusunda tələbə və magistrantların I Respublika virtual elmi konfransı keçirəcəkdir. Elmi konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olacaqdır.
Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.