“Yay məktəb”ində iştirak üçün elan
Azərbaycan landşaftlarının tədqiqi
Alman-Azərbaycan tələbələrinin (Griefswald Universitetinin və Bakı Dövlət Universitetinin tələbələri )yay məktəbi və ekspedisiyada biomüxtəlifliyin qorunması üçün qarşılıqlı təlimlər təşkil olunacaq!
Yay məktəbinin vaxtı: 24.08-06.09.2015
Yay məktəbi çərçivəsində təşkil olunacaq ekspedisiya Böyük Qafqazın alp hissələrini və Qobustanın aran səhralarından keçən transeklərin landşaftını əhatə edəcək.
İştirakçılar üçün tələblər:
1.Biomüxtəliflik (flora,quşlar) torpaqşünaslıq və ya Azərbaycan landşaftları haqqında bəzi biliklərə malik olmalı,
2.Ekologiya sahəsində işləmək üçün həvəsi olmalı,
3.İngilis dilini yaxşı bilməli.
Marağı olanlar Ekologiya və Torpaqşünaslıq fakültəsi, bioekologiya kafedrasına til.dieterich@gmail.com, ünvanına qısa məktub yaza və ya 055-9104832,051-5104832. telefonları ilə əlaqə saxlaya bilər.
Yay məktəbi haqqında daha ətraflı məlumatı da Bioekologiya kafedrasından əldə edə bilərsiniz.

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.