Ekologiya və torpaqşünaslıq fakültəsi
10/03/2012
Universitetimizin nümayəndə heyəti mart ayının 9-dan Almaniyada səfərdədir

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin Davamlı İdarəolunması Proqramı” (BDİP) Bakı Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində, universitetin yeni yaradılmış Ekologiya və Torpaqşünaslıq fakültəsi ilə müxtəlif layihələr həyata keçirmək, fakültənin Bioekologiya kafedrasının magistrantları üçün beynəlxalq standartlara uyğun tədris proqramı hazırlamaq niyyətindədir. Bu məqsədlə fevral ayında Bakıda Almaniyadan dəvət olunmuş mütəxəssislər və Bakı Dövlət Universitetində yaradılmış işçi qrupunun ilkin görüşü keçirilmişdi. Növbəti addım olaraq isə, Universitetimizdən olan nümayəndə heyəti mart ayının 9-dan Almaniyada səfərdədir. Səfər, tədris proqramının müzakirəsi, Greiswald Universitetinin maddi texniki bazası ilə tanışlıq və müəllim heyəti ilə təcrübə mübadiləsini aparılması məqsədi daşıyır. Səfər müddətində nümayəndə heyəti Berlin Təbiətşünaslıq muzeyində, Almaniyanın ən böyük adası olan Rügen adasında yerləşən Yasmund Milli Parkında olmuş, buranın təbiəti və digər önəmli xüsusiyyətləri ilə yaxından tanış olmuşdur. Mart ayının 13-də Greiswald Universitetinin prorektoru və beynəlxalq əlaqələr üzrə şöbənin rəhbəri ilə geniş əhatəli görüş keçirilmiş və gələcəkdə universitetlər arasında qarşılıqlı tələbə mübadiləsinin aparılması məsələləri barədə ətraflı müzakirələr aparılmışdır. Hazırda tədris proqramının ayrı-ayrı müddəaları, o cümlədən modulların müəyyən edilməsi, metodologiyalar və çöl təcrübələri barədə işçi qruplarının müzakirələri davam edir. Qeyd edək ki, səfər mart ayının 15-də başa çatır.

 

 

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.