Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin “Ekoloji kimya” kafedrasının professoru Sevinc Hacıyeva və adıçəkilən kafedranın dosenti Elmina Qədirovanın birgə müəllifliyi ilə magistr pilləsi üçün ingilis dilində “Ətraf mühit və qida təhlükəsizliyi” adlı dərs vəsaiti hazırlanıb. Dərs vəsaitinin elmi redaktoru kimya elmləri doktoru, professor Nazim Şəmilovdur. Dərs vəsaiti Avropa Birliyinin TEMPUS proqramı əsasında Bakı Dövlət Universiteti ilə İspaniyanın Korunya Universiteti arasındakı əməkdaşlıq çərçivəsində hazırlanıb.
Qeyd edək ki, proqramın reallaşmasında Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev və dosent Yaşar Ömərovun dəstəyi olub.
http://bsu.edu.az/az/news/traf_mhit_v_qida_thlksizliyi_adl_drs_vsaiti_hazrlanb

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.