Ekologiya və torpaqşünaslıq fakültəsi
28/03/2018
Respublika Elmi Konfransı

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Ekologİya və torpaqşünaslıq fakültəsİ

 

Konfrans materiallarının hazırlanmasına qoyulan tələblər.

A5 format kağızda hər tərəfdən 2 sm məsafə saxlanılmalıdır. Mətnin yazılması 12 şrift (Times New Roman), sətirlər arası interval 1 olmaqla (2 səhifədən çox olmamaqla) hazırlanmalıdır. Şəkillərin adları mərkəzdə, cədvəllərin adları isə sol kənarda qeyd olunur.

N ü m u N ə

Antropogen-texnogen çirklənmə şəraitində

bitən bitkilərin ekoloji xüsusiyyətləri

R.A.Həsənova, G.F.Qurbanova

Bakı Dövlət Universiteti

M Ə T N

 

Tələbata uyğun hazırlanmış konfransın materialları 1 nüsxə kağızda çap olunaraq

CD disklə birlikdə 16 aprel 2018-ci il tarixinə kimi təqdim edilməlidir.

 

Təşkilat komitəsinin ünvanı: Bakı Dövlət Universiteti, Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanlığı

 

TƏŞKİLAT KOMİTƏSİ

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.