AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Ekologİya və torpaqşünaslıq fakültəsİ
5-6 may 2016-cı il tarixində Ümummilli Lider H.Ə.Əliyevin anadan olmasının 93 illik yubileyinə həsr olunmuş “XXI ƏSRDƏ EKOLOGİYA VƏ TORPAQŞÜNASLIQ ELMLƏRİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda Respublika Elmi Konfransı keçirəcəkdir.
Konfransa təqdim olunacaq materialların aşağıdakı bölmələrə uyğun olması tövsiyyə edilir:
1. Ətraf mühitin yaxşılaşdırılmasında ekokimyəvi tədqiqatlar
2. Təbii sərvətlərdən istifadənin ekocoğrafi problemləri
3. Torpaqlarin aqroekoloji xüsusiyyətləri və qiymətləndirilməsi
4. Ətraf mühitin mühafizəsində bioekoloji tədqiqatlar
Konfrans materiallarının hazırlanmasına qoyulan tələblər.
A5 format kağızda hər tərəfdən 1,5 sm məsafə saxlanılmalıdır. Mətnin yazılması 12 şrift (Times New Roman), sətirlərarası interval 1 olmaqla (2 səhifədən çox olmamaqla) hazırlanmalıdır. Abzasın əvvəlində 0,7 sm buraxılmalıdır. Şəkillərin adları mərkəzdə, cədvəllərin adları isə sol kənarda qeyd olunur.
N ü m u N ə
Antropogen-texnogen çirklənmə şəraitində bitən bitkilərin ekoloji xüsusiyyətləri
R.A.Həsənova, G.F.Qurbanova Bakı Dövlət Universiteti
M Ə T N
|
Tələbata uyğun hazırlanmış konfransın materialları 1 nüsxə kağızda çap olunaraq CD disklə birlikdə 29 aprel 2016-cı il tarixinə kimi təqdim edilməlidir.
Konfransın istiqamətinə və tərtibat tələblərinə uyğun olmayan məqalə və tezislərin qəbul edilməməsini Təşkilat Komitəsi öz üzərində saxlayır.
Təşkilat komitəsinin ünvanı: Bakı AZ 1148, Akademik Zahid Xəlilov küçəsi 23, Bakı Dövlət Universiteti, əsas bina III mərtəbə Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanlığı
Əlaqə telefonları: (012) 537-23-83
E-mail: ekotorp@mail.ru
TƏŞKİLAT KOMİTƏSİ

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.