Ekologiya və torpaqşünaslıq fakültəsi
11/10/2017
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu BDU-da təqdimat edib

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və Bakı Dövlət Universiteti arasında imzalanmış Elm, təhsil və istehsalatın inteqrasiyası sahəsində əməkdaşlıq müqaviləsinə uyğun olaraq BDU-da treninq keçirilib. Ekologiya və torpaqşünaslıq, kimya fakültələrinin professor-müəllim heyəti və magistrantlarının iştirak etdiyi tədbiri dekan, professor Nazim Şəmilov açaraq treninqin əhəmiyyətindən, mövzunun faydalılığından danışıb.
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, professor Vilayət Vəliyev isə bildirib ki, treninqin keçirilməsində əsas məqsəd innovativ elmi yeniliklərin tətbiqi yollarının araşdırılması, istehsalata yol tapması və Sumqayıtda yaradılan SOCAR-Polymer texnoparkı ətrafında yaradılacaq klasterin BDU ilə birgə fəaliyyətinə nail olmaqdır.
Sonra adıçəkilən institutun direktor müavini, iqtisadi elmlər doktoru Arzu Hüseynova İnnovasiya mövzusunda təqdimat edib.
Qeyd edək ki, treninqlərin il ərzində davamlı olaraq keçirilməsi nəzərdə tutulur.


http://bsu.edu.az/az/news/qtisadi_slahatlar_elmi_tdqiqat_nstitutu_bduda_tqdimat_edib

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.