Ekologiya və torpaqşünaslıq fakültəsinin I kurs tələbələri 4 mart 2016-cı il tarixində Bakı şəhərində fəaliyyət göstərən Psixo-nevroloji Uşaq Mərkəzini ziyarət etdi. Mərkəzdə epilepsiya, hidrosefal, mikrosefal, uşaq serebral iflici, onurğa beyni şişləri və digər xəstəlikləri olan 7 yaşınadək uşaqlar müalicə alırlar.
Uşaqlar gələn qonaqları çox böyük həyəcan və sevinclə qarşıladılar. Heyyət tərəfindən təşkil olunan intelektual və əyləncəli oyunlar uşaqların sevinc və həyəcanına səbəb oldu. Daha sonra çoxlu sayda hədiyyələr uşaqlara paylanıldı.
Beləcə, tələbələr uşaq evinin kiçik sakinləri ilə maraqlı zaman keçirdilər. Sonda uşaqlarla birgə xatirə şəkili çəkildi.

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.