Ekologiya və torpaqşünaslıq fakültəsi
07/05/2019
Professor Nazim Şəmilov “100 illik xəzinə” radioverilişinin qonağı olub

Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasında “100 illik xəzinə” adlı verilişin növbəti buraxılışı yayımlanıb. Studiyanın qonağı Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov olub. Veriliş boyunca dekan fakültənin tarixi və bugünki inkişafı, tədris prosesinin təşkili, beynəlxalq əlaqələr, tələbələrlə iş və s mövzularda dinləyiciləri məlumatlandırıb.
Qeyd edək ki, maarifləndirici proqramın hazırlanmasında başlıca məqsəd 100 illik tarixə malik qocaman ali təhsil ocağının 16 fakültəsi barədə geniş məlumat vermək, tarixi, inkişafı və fəaliyyətini işıqlandırmaqdır.
Verilişlər “BDU TV” youtube kanalı vasitəsilə yayımlanır.


https://www.youtube.com/watch?v=fR6aBtVgGAY

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.