Ekologiya və torpaqşünaslıq fakültəsi
01/07/2016
Magistrantların buraxılış işlərin müdafiəsi

Ekologiya və torpaqşünaslıq fakültəsinin II kurs magistrantlarının buraxılış işlərinin müdafiəsi keçirilib.

Kafedra müdirlərinin rəhbərlik etdiyi komissiya qarşısında 26 nəfər magistrant öz hazırladıqları müxtəlif mövzularda maraqlı tədqiqat işlərini müdafiə ediblər.

Məqalələr
Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.

Plastik tullantılardan alınan neft

İsraildə plastik tullantılardan neft alınması üçün Ətraf mühitin mühafizəsi nazirliyi tərəfindən  Ramat-Xovev şəhərində zavod tikilmişdir

“Ümumrespublika Yaşıllaşdırma” marafonu

“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılmışdır