Ekologiya və torpaqşünaslıq fakültəsi
10/07/2015
Magistrantlar beynəlxalq komissiya qarşısında müdafiə etdilər, sertifikatlara layiq görüldülər

Avropa Birliyinin TEMPUS proqramı çərmivəsində həyata keçirilən ECONANO layihəsinin növbəti seminar-mitinqi 08-10 iyul tarixlərində Bakı Dövlət Universitetində keçirilib. Seminarda  İtaliyanın Sapienza, Fransanın Paris 13, Yunanıstanın Patras Universitetlərinin nümayəndələri, Bakı  Dövlət, Azərbaycan İnşaat və Memarlıq, Qafqaz Universitetlərinin, AZECOLAB şirkətinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi iştirak edib. Seminar-mitinqin ilk günündə “Ekologiya mühəndisliyi” üzrə yeni magistr proqramının yaradılması haqqında müzakirələr aparılıb. Avropa təhsil proqramlarına uyğun hazırlanması nəzərdə tutulan bu ixtisaslaşmada bakalavr təhsil pilləsində tədris edilmiş fənlərin deyil, ancaq ixtisasyönümlü fənlərin tədrisinin nəzərdə tutuldugu bildirilib.

Layihənin növbəti günündə Azərbaycan universitetlərinin İtaliya, Fransa və Yunanıstana ezam olunmuş magistrantlarının postmagistr dissertasiya işlərinin müdafiəsi keçirilib. Müdafiədə BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dissertantları Muradova Günay, Hüseynov Kənan və Əzizova Günel də iştirak ediblər. İngilis dilində keçirilən müdafiədə 12 magistrantın hər birinin məruzəsi beynəlxalq komissiya tərəfindən qiymətləndirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov təqdim olunan işləri yüksək dəyərləndirib, magistrantların məruzələrinin belə yüksək səviyyədə olmasında elmi rəhbərlərin gərgin əməyini xüsusilə qeyd edib. Bildirib ki, layihənin real nəticələri göz önündədir. Bu, Azərbaycan təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasının ən real nümunəsidir.

Layihənin rəhbəri,  professor Luca Di Palma, Azərbaycan universitetləri üzrə koordinator, professor Məhəmmədəli Ramazanov görülən işlər barədə məlumat verib və sonrakı fəaliyyət planlarını müzakirə ediblər.

Seminarda həmçinin “Ekologiya mühəndisliyi” üzrə yeni magistr proqramının yaradılması ilə əlaqədar Təhsil Nazirliyinin nümayəndəsi İlham Hümbətov çıxış edərək bildirib ki, bu cür layihələri Təhsil Nazirliyi yüksək dəyərləndirir və həmişə dəstəkləyəcəkdir.

Sonda magistrantlara uğurlu müdafiə işlərinə görə sertifikatlar verilib. Seminar-mitinqdə Avropa universitetlərinin 11 professoru iştirak edib.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.