- Koreyanın Seul Milli Universitetinin professoru Hi Yonq Ronun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olduqdan sonra 23.09.016-cı il tarixində AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ucar dayaq stansiyasında çöl-torpaq tədqiqatları aparmışlar. Tədqiqatlar üç tərərfli əməkdaşlıq çərçivəsində aparılır və gələcəkdə davam etdirilməsi planlaşdırılır. Tədqiqatın məqsədi respublikamızın şoran və şorakətli torpaqlarının məsafədən öyrənilmə texnologiyasının (kosmik) tətbiqi nəticəsində müasir xəritələrinin tərtibidir. Unversitetimizi Ekologiya və torpaqşünaslıq fakültəsinin dosentləri Akif Oruclu və Azər Cəfərov təmsil etmişdir.

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.