Ekologiya və torpaqşünaslıq fakültəsinin Yerquruluşu və kadastr ixtisası üzrə təhsil alan 49 nəfərdən ibarət III kurs tələbələri 08.07-18.07.2016 tarixlərində BDU-nun Quba tədris-təcrübə və istirahət bazasında çöl-tədris təcrübəsində olublar. Belə ki, bu günlər ərzində ətraf ərazilərin müxtəlif landşaft komplekslərinin tədqiqi baxımından torpaqların münbitliyinin öyrənilməsi və səmərəli istifadəsi üzrə tətqiqatlar aparmaqla aldıqları nəzəri bilikləri təcrübi məlumatlarla xeyli zənginləşdiriblər. BDU ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında bağlanmış memorandumun şərtlərinə müvafiq olaraq praktiki tədqiqatlara qoşulan təşkilatın 3 nəfərdən ibarət təcrübəli əməkdaşı öz bilik və təcrübələrini tələbələrlə paylaşıblar.
Həmin tələbələr 19.07-01.08.2016 tarixlərində tədris təcrübəsinin davamını Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin müvafiq strukturlarında davam etdirəcəklər.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.