Ekologiya və torpaqşünaslıq fakültəsi
26/11/2020
Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri İsmayıl Əliyevin Modern.az saytında məqaləsi dərc olunub

“...Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir ...” - Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və  Rusiya Prezidentinin imzaladığı  tarixi bəyannamənin  9-cu bəndində deyilir.  Bu bəyanət Azərbaycanın Naxçıvan Muxtar Respublikasının  bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, Ermənistan Respublikası vətəndaşlarınin, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın  qərb rayonları  ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Həm də  Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat - kommunikasiya xətlərinin  bərpası nəzərdə tutulur. Bu xətt həm də Türkiyə Cumhuriyyətinin, İran İslam Respublikasının  birbaşa , maneəsiz, qısa yolla,  tez vaxta Azərbaycana və Xəzər dənizinin köməyi ilə Orta Asiya türk respublikalarına çıxışını təmin edəcəkdir. Həm də bu proses zamanı digər  kommunikasiya xətlərinin cəkilməsi də ucuz başa gələcəkdir. Azərbaycanı Naxçıvan Muxtar Resublikası ilə bağlayan  1941-ci ildə cəkilmiş Mincivan - Culfa dəmir yolu xətti  Ermənistanın hərbi təcavüzü nəticəsində 1991-ci ildən fəaliyyətini məcburi olaraq dayandırmışdır.
Azərbaycanı Naxçıvan Muxtar Respublikasindan ayıran Ermənistanın Mığrı rayonunun Nüvədi kəndində anadan olmuş bir azərbaycanlı kimi bu bölgə haqqında  bildiklərimi “Yeni Azərbaycan “ qəzetinin oxucularına çatdırmağı özümə borc bilirəm. Həmin ərazi 46 km olub, onun 24 km-i Nuvədi kəndinin payına düşür. Zəngilan rayonunun qonşu Ağbənd kəndindən Mığrı rayonunun Astazur kəndinə kimi İrəvana və Naxçivana gedən qatarlar Ağbənd stansiasından sonra əhalinin yenib minməsi üçün Nüvədi ərazisində yerləşən  Sığirtda, sonra stansı Nüvədidə, daha sonra razyezd Nuüvədidə sonra isə Astazur kəndində bir neçə dəqiqə dayanırdı. Razyezd Nüvədidən Astazur erməni kəndinə qədər dağlıq ərazi olduğu ücün dəmir yol xətti demək olar ki, Araz cayının bəzən 15-20 metrlik məsafəsindən keçirdi. Ərazi cox dağlıq olduğu üçün bu msafəni dəmir yolu çəkilərkən Arazdan kənara çəkmək mümkün olmamışdır. Hətta dağlar Araza çox yaxın olub onu yarmaq çətin olduğuna görə 1941-ci ildə texniki imkanların çox da geniş olmadığı bir vaxtda dəmiryol xəttinin keçməsi üçün  məcbur olub hən Sığırtda, həm də razyezd Nüvədidə  tunel vurulmuşdur. Həmin tutelləri yerli və qonşu rayonun sakinləri SSRİ dövləti tərəfindən yaradımış qarnizondan maaş almaqla  mühafizə edirdilər. Sığırt və razyezd Nüvədidə həm də  zastavalar yerləşib, Araz çayı boyu sərhədə (sistemə) tikanlı məftillər çəkilib, elektrik cərəyani  buraxılıb, SSRİ  əsgərləri  tərəfindən İrandan qorunurdu. Hətta Nüvədi kəndinə və ərazi torpaqlarına Araz çayıdan motorlarla borular vasitəsi ilə su vurmaq üçün hökmən zastavalardan icazə alınmalı idi.
Ulu öndər Heydər Əliyev 80-cı illərin ortalarinda Moskvada işləyərkən Onun təsəbbüsu ilə Nüvədi ərazisindən kecməklə Bakı Naxçıvan maşın yolu çəkilməyə başlanmışdır. Həmin yol Bakıdan Nüvədiyə kimi (434 km), Naxçıvandan isə Negri rayonunun Aldərə kəndinə qədər çəkilmişdir. Erməni şovinistləri Nüvədi –Astazur arası təxminən 13 - 15 km və Astazur –Aldərə arası təxminən 5 km məsafənin birləşdirilib geniş asfalt yolun çəkilməsinə imkan vermədılər. Moskvaya yazdılar ki, güya bu yol   Bakı - Mincivan –Kafan –Oxçu – Maralzəmi – Lehvaz- Migrı –Naxçıvan ərazilərindən keçməklə  hazirdir, Nüvədi –Aldərə yolunu çəkib birləşdirməyə  ehtiyac yoxdur, bu artıq xərcdir. Əslində isə onlar bunu etməklə həm Bakı – Naxşıvan yolunu lazımsız yerə 140 km  uzadır, həm də dağ şəraitində beş-altı ay payiz-qış aylarında  gediş gəlişi çətinləşirdı.
Nüvədi kəndi Mığri rayonunun ərazisinin 40 faizini təşkil edirdi. Cəmi, 12 kəndi, 15 min əhalisi olan rayonunun 6 mini azərbaycanlılar idi. 1950-ci ildən 1991-ci ilə kimi Nüvədidə müəllinm, bəzən də məktəb direktoru işləmiş atam Əhmədəli Əliyevin vətənpərvərliyi, ciddiliyi, tələbkarlıgı və qayğisı nənicəsndə Nüvədi məktəbini bitirən məzunlardan iki akademik, on nəfərə yaxın elmlər doktoru, yüz nəfərə yaxin elmlər namizədi yetişmişdir. Atam Əhmədəli Əliyevin yazdıqlarından: ”...1945-ci ildə İrəvanın Lenin meydanından kecəndə Ermənistanın fanerdən düzəldilmiş bir xəritəsi diqqəti cəlb edirdi. Xəritənin aşağısında şərti isarələr yazılan yerdə respublikanın böyük şəhəri, böyük rayonu, böyük kəndi ifadələri yazılmışdır. Böyük şəhər ifadəsinin qarşısında İrəvan, böyük rayon ifadəsinin qarşısında Leninakan, böyük kənd ifadəsinin qarşısında isə Nüvədi yazılmlşdır. ...Kəndin 19 min hektar ərazisi varrdir ki, onun 16 min hektari yararlı torpaq sahəsidir. Nüvədi kəndi hər il dövlətə 1000 ton nar, 500 ton üzüm, 100 ton əncir, 16 ton yun, 90 ton ət, orta hesabla hər gün 2 ton süd verirdi.” ( “ Nüvədi axıracan vuruşdu”,Respublika qəzeti, 12 fevral 1998- ci il ,s.3)
Nüvədililər ilk dəfə 1905-1906- cı illərdə erməni işğalina məruz qalmışlar. Araz cayini pələlərlə keçərək Nüvədinin qarşısinda yerləsən  İranın Misən kəndinə pənah gətirmişlər.  Ana babam Sultanəli kişi biz uşaq olanda deyirdi ki, Misənli Hacı xan onları çox yaxçşı qarşıladı. Gedən kimi iki top parça göndərib bildirmişdi ki, “,... qaçqın gəlmisiniz. paltar tikdirin, arvad uşaq çılpaq qalmasin”. Kəndin yuxarı hissəsində haminı baraxlarda yerləşdirir və  iş verir. Babamı  da öz torpaqlarında işləmək üçün rəncbər götürür. Üç ildən sonra, 1910-cu ildə qaçqınlar yenə də  Nüvədiyə qayidırlar. Erməni işğalçılarinin yorğan döşəyin yunun  və çuvallarda yığılmış taxılı  yuna  qarışdıraraq, parçaları apardıqlarının şahidi oluriar. Hacı xanın verdiyi parçadanqənimət etdikləri hissə onların yorqan-döşəyi bərpa etmələrinə  kömək edir.
İkinci dəfə 1918-ci ildə ermənilər Zəngəzurun bir hissəsini, o cümlədən Mığrının azərbaycanılar yaşayan kəndləri ilə birgə Nüvədini də  işğal edərək soydaşlarımızın bir qismini məhv etmiş, sağ qurtara bilənlər isə əsasən Ordubada və Zəngilana pənah aparrmişlar.
Uçüncü dəfə isə Nüvədi kəndinin əhalisi, 1991-ci il avqust ayının 7- də Ermənistandan cıxan sonuncu azərbaycanlıiar idi. Ulu Öndər Heydər Əlıyev nüvədililərin 1988-1991-ci llərdə torpaqları ugrunda  göstərdikləri müqavıməti yüksək qiymətləndirərək - “Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır”- demişdir.
Atam, Əhmədəli Əliyevin - “Bu kitabı Azərbaycan Respublikasının prezidenti, vətənimizin tərəqqisində, müstəqilliyimizin əbədiləşməsində əvəzsiz xidmətlər göstərən millətimizin dahi oğlu  möhtərəm Heydər ƏLİYEVİN anadan olmasının 80 illiyinə hədiyyə edirəm.” -yazdığı “Azərbaycan dilinin Meğri şivələri” (Bakı,”Elm”, 2003-ü il, 581 s.), monoqrafiyasi bu ərazilərin ən qədim azərbaycan  torpaqları  olduğunu bir daha təsdiq edir. Ulu öndər Heydər Əliyevin göstərişi ilə AMEA-nın Rəyasət Heyətinin yerləşdiyi binada mütəxəssislərin iştirakı ilə həmin kitabın 4 saat təqdimat mərasimi keçirilmişdir.
Nüvədili ağsaqqal Balakişi Həsənovun eşidib xatırladığı bir əhvalatı da oxucuların diqqətinə çatdırmaq istəyirəm. 28 aprel 1920-ci ildə Azərbaycanda Covet hakimiyyəti qurulandan sonra bolşevik ordusunun başçısı Smirnov vaxtı ilə Zəngilanda pristav işləmiş Cəbrayilı dəstəsi ilə bələdçi götürüb, Nuvədidən kecərək ermənilər yaşayan Astazur kəndinə gəlir. Cmirnovun məqsədi ermənilərin sovetləşməyə münasibətin öyrənmək imiş. Ermənilər kənddə onları “çox yaxşı” qarşılayır, heyvan kəsilir, süfrə salınır, düzə şərab gətirilir. Erməni psixologiyasını yaxşı biən Cəbrayıl kişi məclisi seyr edib görür ki, məclisdə yalnız qoca ermənilərdir. bir nəfər də olsun erməni cavanı yoxdur. Başa düşür ki, burda ermənilər nəsə bir qurğu qurublar, xəyanət iyi gəlir. Rusların yeməyə oturmasina baxmayaraq o öz adamları ilə yeməyə oturmayıb, məclisi tərk edir. Kənarda pusquda duran ermənilər ruslara hücüm edir. Onlar çətinliklə aradan çıxaraq yolda  bələdçilərinə  çatirlar. Ermənistanda isə Sovet hakimiyyəti 7 aydan sonra 29 noyabr 1920-ci ildə qurulur. Bu da  İtalyan alimi Tasitin dediyi kimi “...ermənilər  xasiyyətcə ikiüzlü və  xəyanətkardırlar” - yazdığının bir daha sübutudur. Alman səyyahı Alfred Kyortedin erməni milləti haqqında dediyi “ bir yunan iki yəhudini, bir erməninin isə iki yunanı aldada bilməsi haqqında “ zərb məsəli bir daha onların kim olmalarının təzahürüdür. Rusiyanın vaxtı ilə Van və Ərzurumda baş konsulu Mayevski isə  “Xatirələr”ində yazırdı “... həqiqət ona ğörə yoxdur ki, erməni müəllifləri həmin həqiqətdən düşünülmüş şəkildə qaçirlar...”.
Ümummilli Lider Heydır Əliyev demişdir ki,   “ ... XX əsrin 20-ci illərində yeni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikanın sərhədləri yaranərkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqıdar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycam torpağı olan Mığri rayonu da Ermənistana verilibdir. Belıliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan  arasında coğrafi nöqteyi - nəzərdən müəyyən çətinliklər yapanıbdır”.
Gəncə quberniyasinin  Zəngəzur qəzasi 1920-ci ildə Ermənistana veriləndən sonra Zəngilan rayonunun sərhəddində yerləşən Nüvədi kəndi   1929-cu ilə qədər inzibati ərazi bölgüsü  cəhətdən  Cəbrayıl qəzasına tabe olmuş, 18 fevral 1929- cu ildə  aşağidakı sənəd əsasında Ermənistan SSR-in Mığrı rayonuna verilmişdir.

Rus dilində tərtib olunmuş sənədin Azərbaycan dilində tərcüməsi  aşağıda verilmişdir:“Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə , kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1920-ci il tarixli iclasının  3 №-li Protokolu
Sədrlik edirdi: Sxakaya M. yoldaş.

İştirak edirdilər:
Zaq. MİK  Prezidiumunun üzvləri:
Bünyadzadə D., Bağırov M., Dolidze A., Stur V., Tağıyev İ., Şaverdova A., Yaqubov yoldaşlar.
Zaq. MİK Prezidiumu üzvlüyünə namizədlər:
Cavaxaşvili A., Torikaşvili E. yoldaşlar.
Zaq. MSİ-dən Rixadze A.  yoldaş.
Zaq.. İcraiyyə Komitəsindən Şeirenç  yoldaş.
Zaq. MİK Prezidiumu katibliyinin müdiri:
Babayev Q. yoldaş.
Zaq. MİK təşkilat şöbəsinin müdiri Melnikov  F. yoldaş.
Zaq. MİK təşkilat şöbəsinin təlimatçısı Əkbərov yoldaş.
Məsləhətçi: Kaçuxaşvili İ. yoldaş.
Eşidildi: Nüvədi, Ernəzir və Tuğut kəndlərinin Azərbaycan SSR-in Cəbrayıl qəzasından Ermənistan SSR-in Mığri qəzasına aid edilməsi haqqında.
Qərara alındı: Göstərilmiş üç kənd öz torpaqları ilə Erm. SSR Mığrı qəzasının inzibati idarə etməsinə verilsin.
Həmin sənədə 26 noyabr 1968-ci ildə Azərbaycan KP MK-nın Bürosunda baxılıb, Azərbayca SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli fərmanı ilə “qanunlaşdırılıb”, Zəngilan rayonunu tərkibindən çıxarılmışdır. 1988-ci ilin fevralında Ermənistan SSR-dən azərbaycanlıların son deportasiyasına başlananda nüvədililər Azərbaycan Respublikası rəhbərliyi qarşısında bu fərmanın ləğv olunması barədə dəfələrlə məsələ qaldırmış, lakin istədiklərinə nail ola bilməmişlər.
Biz nüvədililər bu fərmanın ləgvini  yenə də Azərbaycanın Milli Məclisindən xahiş edirik. 1990-cı illərdən başlayaraq nüvədililərin və şəxsən mənim bir ziyalı kimi tanidigim Nilli Məclisin əksər deputatlarına dəfələrlə mətbuat vasitəsi ilə, ərizə ılə, şifahi  şəkildə  müraciət etməyimizə baxmayaraq nüvədililər arzuslarına 30 ildən çoxdur ki, çata  bilməmişlər. Hətta o vaxtlar Milli Məclisdə vəzifə tutan bir deputat  mənə  “... biz bu qərarı qəbul etsək ermənilər bizdən inciyərlər” –demişdir.
Azərbaycan  prezidenti İlham Əliyev Naxcıvan Muxtar Respublikasınin 90 illik yubleyinə həsr olunmuş təntənəli mərasimdəki  nitqində demişdir  (08. 04.2014): “...o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermtşdilər. Bu böyük ədalətsizlik idi. Cünki Zəngəzur tarixi , əzəli Azərbaycan torpagıdır. Zəngəzurun o vaxtki əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları ıdı. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsaə rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baximdan iki yerə bölünürdü. Eyni zamanda böyük türk dünyası iki yerə bölünürdü. Bu ədalətsizlikdir, bu sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağiq”. ....
Azərbaycan Respublikasının Birinci vıtse-prezidenti Mehriban Əliyevanın rəsmi “ İnstragram” səhifəsində  paylaşdığı “Qoy, Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” arzusu  reallığa çevirilmişdir.

Ulu tanrıdan arzumuz budur ki,  bu reallıq  Nüvədililərə də qismət olsun!

Prezidentimizin xalqa güvəni, xalqin da Ali Baş  Komandana inami qələbəmizin əsası oldu!

 

Allah Prezidentimizi, ordumuzu qorusun! Amin!



İsmayıl Əliyev,
Bakı Dövlət Universiteti HFT
Kafedrasının  müdiri, professor


 

https://modern.az/az/news/266874/nuvedililer-de-dogma-torpaqlara-qayitmaq-arzusundadirlar

Bookmark and Share
Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.