Ekologiya və torpaqşünaslıq fakültəsi
20/05/2015

Ş.Göyçaylı 1935-ci il may ayının 20-də anadan olmuşdur. 1953-1958-ci illərdə ADU-nun (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin Coğrafiya şöbəsində iqtisadçı-coğrafiyaçı ixtisasına yiyələnmişdir. 1961-1963-cü illərdə BDU Coğrafiya fakültəsinin SSRİ-in İqtisadi-sosial coğrafiya kafedrasının ilk aspirantı olmuş, 1965-ci ildə elmlər namizədi elmi dərəcəsi almış, 1980-cı ilə qədər həmin kafedrada laborant, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1981-ci ildən
bu günə kimi coğrafi ekologiya kafedrasına
rəhbərlik edir.
Azərbaycanın (1990) yeni inkişaf yoluna qədəm qoyması ilə əlaqədar elm-təhsil sahəsində islahatların aparılması elmi məktəblərin idarə olunmasında yeni yanaşma tələb edirdi. Elmi məktəbin fəaliyyətini düzgün istiqamətləndirmək üçün ilk növbədə  elmi anlayışların və problemlərin düzgün fənləşdirilməsi, tədris planlarının tərtibatında təsadüflərə yol verilməməsi, fənlərarası əlaqənin düzgün aparılması və s. məqsədlə tədrisin təşkilində dinamiki dövri strukturlaşma konsepsiyası  hazırlanmışdır.
Ş.Göyçaylı 1987-ci ildə S.Peterburq Universitetinin Coğrafiya və coğrafi ekologiya fakültəsinin elmi şurasında  doktorluq dissertasiyasını müdafiə  edərək coğrafiya elmləri doktoru elmi dərəcəsi almışdır. Onun elmi fəaliyyəti BDU-nun SSRİ-in İqtisadi coğrafiyası kafedrasından başlanmışdır. Həmin kafedrada elmi-tədqiqat işləri «Azərbaycanda məhsuldar qüvvələrin inkişaf problemləri»  istiqamətində aşağıdakı mövzularla həyata keçirilmişdir: Təbii resursların qiymətləndirilməsi və istifadə edilməsi; əhali və onun məskunlaşmasının coğrafiyası; «Azərbaycanın təsərrüfatı və sənayenin ərazi komplekslərinin inkişaf problemləri». Prof. Ş.Göyçaylı hər üç mövzunun yerinə yetirilməsində iştirak etmişdir. Nəticələr: Azərbaycanın iri miqyaslı (1:200 000) iqtisadi xəritəsinin tərtibində (1975), Azərbaycan SSR-nin kənd əhali məskunlaşmasının coğrafiyasının (1965) yerinə yetirilməsində, AR-da Əlvan metallurgiya kompleksinin yaradılması məqsədilə Filizçay geokimyəvi yatağının qiymətləndirilməsi mövzusunda  əks olunmuşdur (1967).
Ş.Göyçaylı MDU-nun Xəritə və Atlasların tərtibi problem laboratoriyasından SSRİ-in DGXİ-in və b. idarələrin nümayəndələrinin də daxil olduğu təşkilat komitəsinin dəvətilə SSRİ-in 1:2 500 000 Əhali xəritəsinin tərtibi məqsədilə müəlliflər qrupuna dəvət edilmiş və xəritə  1976-cı ildə onun  həmmüəllifliyi ilə nəşr edilmişdir. MDU-nun İqtisadiyyat fakültəsinin Əhali məskunlaşması laboratoriyasının dəvəti ilə iki mövzu yerinə yetirilmişdir: Regionların əhali problemləri mövzusu bölməsində Azərbaycan əhalisinin problemləri; Əhali məskunlaşması sistemində SSRİ-də vahid məskunlaşmanın problemləri.
Coğrafi ekologiya kafedrasında elmi fəaliyyət daha geniş olmaqla Ekologiya və Ətraf mühiti mühafizənin elmi-nəzəri, regional, tətbiqi, elmi-metodik və s. sahələrini əhatə etmişdir.  Yerinə yetirilən mövzuların bir çoxu dövlət proqramları, təsərrüfat müqaviləli işlər, qrantlar və s.-lə əlaqəli olmuşdur. Prof.Ş.Göyçaylının rəhbərliyi ilə ekologiya və ətraf mühiti mühafizənin müxtəlif sahələrinə dair 30-dan çox elmi-tədqiqat mövzusu yerinə yetirilmişdir. Həmin fəaliyyəti zamanı kafedra elmi-tədqiqat; layihə institutları, nazirliklər, ARDP komissiyası və s. daxil olmaqla 10-dan çox müəssisə və idarələrlə əlaqəli tədqiqat işləri aparmışlar. Tədqiqatların nəticələri hesabatlardan, monoqrafiyalardan, dərsliklərdən və dərs vəsaitlərindən, xəritə materiallarından ibarət olmuşdur.
Kafedranın fəaliyyətində xarici ölkələrlə əlaqələr məsələsi də mühüm yer tutur. Rusiya, Almaniya, ABŞ, Türkiyə, İran İslam Respublikası və s.ölkələrlə elmi əlaqələr yaradılmış, bəziləri ilə əlaqələr yenidən bərpa olunmuş və olunmaqdadır. Kafedrada İİR-dan olan dissertantların elmi-tədqiqat işlərini səmərəli həyata keçirtmək məqsədilə qarşı tərəfin nümayəndələrinin iştirakı ilə ölkənin regionlarını tədqiq etmək üçün ekspedisiya təşkil edilmişdir.
Kafedrada regionların iqtisadi-sosial inkişafının ekoloji əsasları tədqiq edilməklə yanaşı, qlobal iqlim dəyişikliklərinin regional ekoloji nəticələri də öyrənilməkdədir. Dövlət proqramları, təsərrüfat müqaviləli, qrantlarla bağlı elmi-tədqiqat işləri müvafiq nazirliklər, layihə institutları və s. idarələrlə həyata keçirilməklə mühüm tətbiqi əhəmiyyət kəsb etmişdir.Qazanılan elmi-praktiki təcrübələr böyük ekologiyanın sahələrarası inteqrasiyanı daha da səmərəli etməkdədir.
2010-cu ildə BDU-nun rektoru akad.A.M.Məhərrəmoıvun səyi ilə Ekologiya və Torpaqşünaslıq fakültəsinin yaradılması ilə əlaqədar olaraq fakültənin səmərəli və geniş planlı fəaliyyəti üçün şərait yaradılmışdır. Deyilənlərlə əlaqədar olaraq kafedralararası vahid tədris planının yaradılması ekologiyanın  istiqamətlərinin yeni məzmunda inteqrasiyasına şərait yaratmışdır.
Prof.Ş.Göyçaylı təhsilin və elmin təşkili sahəsində  səmərəli fəaliyyət göstərmişdir. O, 200-dən çox elmi əsərin, o cümlədən bir neçə dərsliyin və dərs vəsaitlərinin, monoqrafiyaların, xəritələrin və s. müəllifidir. Rəhbərliyi altında 10-dan çox elmlər namizədi, 3 elmlər doktorunun rəhbəri və məsləhətçisi olmuşdur. AMEA-da yaradılan müdafiə şurasının həmsədri olmuş, universitetin böyük elmi şurasının, universitetin Xəbərləri jurnalının təbiət elmləri redaksiya heyətinin üzvüdür. Azərbaycan təhsil Nazirliyinin Elmi Metodik Şurasının Ekologiya bölməsinin sədridir. Ali Attestasiya Komissiyasının Yer elmləri bölməsinin ekspertidir. Beynəlxalq Ekologiya və həyat fəaliyyətinin mühafizəsi akademiyalarının həqiqi üzvüdür. Amerika Bioqrafiya İnstitutu tərəfindən 2008-ci ilin Adamı seçilmiş, elm və təhsil sahəsindəki xidmətlərinə görə «Əməkdar müəllim» adına, Şöhrət Ordeninə layiq görülmüşdür.

Şövqi MÜƏLLİMƏ gələcək elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.