Ekologiya və torpaqşünaslıq fakültəsi
21/09/2018
Görkəmli alim Rəfiqə xanım Əliyevanın xatirəsi anılıb

Sentyabrın 20-də görkəmli Azərbaycan alimi, Bakı Dövlət Universitetinin ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə Əliyevanın anadan olmasının 86-cı ildönümü tamam olur.
Bununla əlaqədar BDU-da Rəfiqə Əliyevanın xatirəsi anılıb. Görkəmli alimin xatirə barelyefi önündə keçirilən tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini universitetdə ixtisaslı kadrların hazırlanmasına sərf etmiş Rəfiqə xanım Əliyevanın bu sahədəki xidmətlərindən söhbət açıb.
Rəfiqə Əliyevanın elmi fəaliyyətindən danışan Abel Məhərrəmov qeyd edib ki, görkəmli alimin araşdırmaları kimyanın vacib istiqamətlərindən olan analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyənləşdirilməsinə həsr edilib. Alimin rəhbərliyi ilə yaradılmış ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasında gənc alimlər onun fəaliyyətinin akademik davamçıları olacaqlar. Görkəmli alimin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdiriləcək.
Alimin qızı, BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva bildirib ki, Rəfiqə xanım Əliyeva ömrü boyu yorulmaz fəaliyyəti ilə Azərbaycan elminə və təhsilinə böyük töhfələr verib, kimya sahəsində elmi məktəb yaradıb. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan Rəfiqə Əliyevanın yetirmələri Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək böyük uğurlar əldə edirlər.
Tədbirdə tanınmış alim və mütəxəssislər iştirak ediblər.
Dahasonartədbir iştirakçıları Fəxri xiyabanda görkəmli kimyaçı alimin qəbirüstü abidə kompleksi önündə xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra akademik Abel Məhərrəmov Rəfiqə Əliyevanın həyat və fəaliyyətindən danışıb. Qeyd edib ki, həyatının böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə Əliyevanın Azərbaycan kimya elminin inkişafındakı xidmətləri əvəzsizdir. Görkəmli alim ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri kimi məhsuldar elmi-pedaqoji fəaliyyət göstərib. Analitik kimya sahəsində ilk qadın akademik olan Rəfiqə Əliyeva elmi məktəb formalaşdırıb, onun tələbələri kimya elminə öz töhfələrini verməkdə davam edirlər. Rəfiqə xanımın ən yaxşı əsərləri tələbələri və ailəsidir. Rəfiqə Əliyeva böyük alim, ictimai xadim olmaqla yanaşı, cəmiyyət üçün layiqli övladlar böyüdən qayğıkeş ana idi. Onun ailə üzvləri Azərbaycan cəmiyyətində özlərini təsdiqləyiblər.
Mərhumun ailəsi adından çıxış edən qızları - BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva və Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova mərasim iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.