Ekologiya və torpaqşünaslıq fakültəsi
23/11/2015
Gənclərin energetik potensialı və işgüzar ekoloji təhsil oyunları

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübə Mərkəzi Ekosfera Sosial-Ekoloji Mərkəzi ilə birgə 18-22 noyabr tarixlərində “YUNESKO” Bakı ofisində BMT-nin “2014-2024-cü illər Hamı üçün davamlı energetika on illiyi” proqramına qoşulmuş “Gənclərin energetik potensialı” mövzusunda I Beynəlxalq Gənclər konfransı keçirmişdir.
Rusiya Federasiyasının, Almaniyanın ekspert ekoloqları, həmçinin BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri, Azərbaycan Dövlət İqtisad Universiteti və Qafqaz Universitetinin magistrları “Gənclərin Energetik potensialı” adlı konfransda iştirak üçün dəvət olunmuşdurlar. Ekspertlərlə görüşlərdə əsas çıxış edənlərdən biri Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Ekoloji Tərbiyə və Təcrübə Mərkəzinin direktoru, Ekosfera Sosial-Ekoloji Mərkəzinin müdiri, BDU-nun Bioekologiya kafedrasının dosenti Firuzə Sultan-zadə, Deloitte Azərbaycanın konsaltinq üzrə müdiri Tural Hacıyev, CİM-GİZ-in eksperti, Til Dietrix olmuşdur.
Yerli və regional tələblər əsasında Azərbaycan dilində işgüzar təhsil oyunlarının hazırlanması üçün və bu oyunların ekoloq, iqtisadçı və proqramçılardan ibarət Beynəlxalq komandası yaradılmışdır. Ekologic təhsil oyunu ilk dəfə olaraq Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində tətbiq olunacaq.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.