Ekologiya və torpaqşünaslıq fakültəsi
26/11/2020
“Ermənilərin ekoloji terrorizmi” mövzusunda seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya və Ekologiya və torpaqşünaslıq fakültələrinin  birgə təşkilatçılğı ilə “Ermənilərin ekoloji terrorizmi” mövzusunda onlayn elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan moderator, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov iştirakçıları salamlayaraq tədbirin əsas məqsədinin müzəffər Azərbaycanın ordusunun işğaldan azad etdiyi Qarabağ ərazisində və cəbhə boyu digər bölgələrdə erməni terrorçularının törətdiyi ekoloji cinayətlər, düşmənin torpağımızın təbii resurslarının vəhşicəsinə istismarı barədə ictimaiyyətin məlumatlandırılması, aktual məsələyə elmi diqqətin cəlb edilməsi olduğunu bildirib.
Sonra BDU-nun Fiziki coğrafiya kafedrasının müdiri Yaqub Qəribov “Kiçik Qafqazın erməni təcavüzünə məruz qalmış  cənub yamacının landşaftlarının kosmik  tədqiqatlarlarla qiymətləndirilməsi”, Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifova “Azərbaycanın  işğaldan azad olunmuş ərazilərdə ekoloji terrorun təzahürləri”, Ekoloji Kimya kafedrasının müdiri Sevinc Hacıyeva “Ermənistanın vandalizmi və Ekoloji terroru nəticəsində Azərbaycan təbiətinə və ətraf mühitinə vurulan zərər”, Kriminalistika və məhkəmə ekspertizası  kafedrasının müdiri Kamil Səlimov “Ermənistanın Azərbaycan işğal olunmuş ərazilərində törətdiyi ekoloji cinayətlərin Beynəlxalq hüquqi məsuliyyəti”, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Turizm və rekreasiya şöbəsinin müdiri Zaur İmrani “Qarabağ və ətraf rayonlara dəyən sosial-iqtisadi və ekoloji ziyanların qiymətləndirilməsi”,  İqtisadi və sosial coğrafiya kafedrasının müdiri Çingiz İsmayılov “Ekoloji pozuntulara məruz qalmış rayonlarda ərazi planlaşdırılma proqramlarının  hazırlanması” mövzularında məruzə ilə çıxış ediblər.
Çıxışlarda Qarabağ landşaftlarının dağıdılması, ekoloji fəsadlar, deqradasiyaya uğraması, dağ massivlərində və dağ ətəyi mayili düzənliklərdə landşaftların şaquli diferensiyasiyası, əsas landşaft vahidlərinin ekoloji xüsusiyyətlərinin CİS texnologiyasının tədbiqi ilə təhlil edilməsi, son 25-30 ildə müasir landşaftların dinamikasında baş verən mühüm dəyişikliklər, regionun geoloji, geomorfoloji, litoloji, hidrogeoloji xüsusiyyətləri, işğaldan azad olan ərazilərin münbit torpağı, su ehtiyatları, meşə örtüyü, su hövzələrinin çirklənməsi, landşaft infrastrukrurun yenidən qurulması kimi məsələlərdən bəhs edilib. Qeyd olunub ki, Azərbaycanın işğaldan azad olunan ərazilərinə son 30 ildə qiymətli təbii ehtiyatlarına 500 milyard dollar, ətraf mühitə isə 32 milyard dollar ziyan vurulub.
Seminar elmi məruzələrin diskussiyası ilə davam edib. Müzakirələrdə tələbələrin çoxsaylı sualları cavablandırılıb, təklifləri dinlənilib.

Bookmark and Share
Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.