Ekologiya və torpaqşünaslıq fakültəsi
26/12/2014
Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclası giris sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb və gündəliyi elan edib. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva qış imtahan sessiyasına hazırlıq və Avropa oyunları ilə əlaqədar imtahan sessiyaları və tədris qrafikindəki dəyişikliklər haqqında məlumat verib.

Elmi Şurada həmçinin kredit sistemi üzrə tədrisin təşklinə dair Təhsil Nazirliyinin təlimati sənədlərinin elan edilməsi və onların icrası üzrə vəzifələrin müzakirəsi aparılıb. İclasda həmçinin elmi adların verilməsi və BDU-nun 95 illik yubileyi ilə əlaqədar təltiflərin təqdimatı keçirilib. Rektor Abel Məhərrəmov bir qrup müəllim heyətinə Təhsil Nazirliyinin "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanını və Fəxri Fərmanını təqdim edib. Həmçinin BDU-nun 95 illiyi münasibətilə bir qrup müəllim Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri Fərmanı və pul mükafatı ilə təltif olunub. Yubiley münasibəti ilə universitet əməkdaşlarından bəziləri BDU-nun Fəxri Fərmanı ilə təltif edilib. Daha sonra iclasda cari məsələlər müzakirə edilib.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.