Ekologiya və torpaqşünaslıq fakültəsi
02/11/2015
Elan!

Azərbaycan Reapublikası Xarici İşlər Nazirliyindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə Daxil olmuş (28.09.2015 tarixli 3347d) məktubda İsveçrə Hökümətinin 2016-2017-ci tədris ilində azərbaycanlı tədqiqatçılar üçün təqaüd proqramı elan etməsi barədə məlumat verilir. Həmin proqram çərçivəsində seçilmiş tələbələr İsveçrənin ən qabaqcıl 10 ali təhsil müəssisəsində və 2 federal institutunda təhsil almaq imkanı qazanacaqlar. Fəlsəfə doktoru, postdoktorluq və tədqiqat üzrə təhsilini davam etdirmək istəyən azərbaycanlı tədqiqatçılar proqramın seçim prosesində iştirak etmək üçün cari ilin 15 noyabr tarixinədək İsveçrənin Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.

Universitetlərin siyahısı:

University of Basel / University of Bern / University of Fribourg / University of Geneva / University of Lucerne / University of Neuchatel / University of St. Gallen / University of Zurich / University of Lugano

Swiss Federal Institute of Technology Lausanne

Swiss Federal Institute of Technology Zurich

Graduate Institute of International and Development Studies

Proqramda iştirak etmək istəyənlər Azərbaycandakı İsveçrə Səfirliyinə müraciət etməlidir (İçəri Şəhər, Böyük Qala küç.9, 1004 Bakı).

E-mail:      bku.vertretung@eda.admin.ch

Tel:           +94 12 437 38 50

Web:         www.eda.admin.ch/baku

http://www.sbfi.admin.ch/themen/01366/01380/02593/02610/index.html?lang=en

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.