Ekologiya və torpaqşünaslıq fakültəsi
05/10/2015
“Ekoloji Menecment” mövzusunda elmi seminar təşkil edildi

IDEA-nın ekoloji tədris proqramının tərkib hissəsi olaraq, 2 oktyabr tarixində IDEA İctimai Birliyinin Resurs Mərkəzində bioloji müxtəlifliyin mühafizəsi üzrə tanınmış mütəxəssis Elman Yusifovun iştirakı ilə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq, Biologiya və Geologiya fakültələrinin tələbələri üçün “Ekoloji Menecment” mövzusunda elmi seminar təşkil edilmişdir. Seminar zamanı iştirakçılara ətraf mühitin müxtəlif sahələri barədə maraqlı məlumatlar çatdırmışdır.

Seminar çərçivəsində, həmçinin Elman Yusifovun həm-müəllifi olduğu “Ekoloji Menecment” adlı iki cildlik dəsr vəsaitinin təqdimatı da keçirilmişdir. Qeyd olunmalıdır ki, sözsügedən kitab Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əlievanın baş redaktorluğu ilə nəşr edilmişdir.

Kitabda ətraf mühitin bütün sahələri, o cümlədən eko-sistemlər, biomüxtəliflik, hüquqi tənzimlənmə, müasir dünyada müşahidə olunan qlobal ekoloji problemlər və onların həlli yolları, beynəlxalq təcrübə və s. barədə elmi araşdırmalar əks olunmuşdur. Bu kitab ətraf mühit, ekologiya və davamlı inkişaf sahələrində təhsil alan tələbələr üçün faydalı dərs vəsaiti olmaqla yanaşı, qeyd olunan sahələrdə çalışanlar üçün stolüstü kitab kimi də xüsusi əhəmiyyət daşıyır.

İnteraktiv şəraitdə keçirilən seminarda gənclər ətraf mühitin mühafizəsi ilə bağlı onları maraqlandıran mövzularda peşəkarla bilavasitə müzakirə aparmaq imkanı əldə etmişlər.

Tədbirin sonunda IDEA İctimai Birliyi tərəfindən iştirakçılara iki cildlik “Ekoloji Menecment” kitabları hədiyyə edilmişdir.

IDEA İctimai Birliyi Respublikamızın digər ali təhsil müəssisələrin tələbələri üçün də oxşar seminarlar təşkil edəcəkdir.


http://ideacampaign.org/az/%E2%80%9Cekoloji_menecment%E2%80%9D_m%C3%B6vzusunda_elmi_seminar_t%C9%99%C5%9Fkil_edildi.html#.VhNT3eztmkq

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.