Ekologiya və torpaqşünaslıq fakültəsi
05/03/2018
“Ekoloji kimya” kitabı çapdan çıxıb


Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müəllimləri Sevinc Hacıyeva, Fətəli Hüseynov və Zərifə Vəliyevanın həmmüəllifi olduqları “Ekoloji kimya” kitabı çapdan çıxıb. Kitab Almaniyanın məhşur nəşriyyatı - LAP Lambert Academic Publishing tərəfindən nəşr edilib.
Fundamental xarakter daşıyan bu kitabda  “Ekoloji kimya” fənninin mühüm elmi yeniliklərini əhatə edən mühazirələri əksini tapıb. Ekoloji kimyanın-ətraf mühitdə kimyəvi proseslər və onların təsir qanunauyğunluqları haqqında elm olması kitabın məğzini təşkil edir. Eyni zamanda, kimyəvi elementlərin və onların birləşmələrinin miqrasiyasına, orqanizmə daxil olma yollarına xüsusi yanaşılıb. Kimyəvi tarazlığa antropogen təsirlərin nəticələri də kitabda əks olunub.
Dərslik ekologiya, təbiətdən istifadə istiqamətləri üzrə təhsil alan ali məktəb tələbələri, həmçinin ekologiya, təbiətdən istifadə və ekoloji mədəniyyət kimi aktual məsələlərə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


http://bsu.edu.az/az/news/ekoloji_kimya_kitab_apdan_xb

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.