Ekologiya və torpaqşünaslıq fakültəsi
23/05/2018
Ekoloji kimya kafedrasında yeni dərslik nəşr edilmişdir

Ekoloji kimya kafedrasının əməkdaşları prof. S.R.Hacıyeva, b/m H.L.Rəfiyeva, dos. Ü.N.Rüstəmova, müəllim H.F.Hacıyeva tərəfindən "Kimyəvi ekoloji təhsil və tərbiyə" adlı Azərbaycan və rus dillərində yeni dərslik çap edilmişdir. Kitabda Ekoloji təhsil və tərbiyənin mahiyyəti, metodoloji əsasları, prinsipləri və hədəfləri şərh edilmişdir. Kitabda da­yanıqlı inkişafın konsepsiyası, ekoloji şüur formalaşmasının mahiyyəti və üsulları, kütləvi informasiya vasitələri və ekoloji şüur, ekoloji tərbiyyənin nəzəri aspektləri, ekoloji təhsil və tərbiyənin problemləri, qlobal ekoloji problemlər və digər məsələlər təhlil edilir.
Kitabda ekologiya, ətraf mühit kimyası və ətraf mü­hitin mühafizəsi ixtisasları üzrə təhsil alan tələbələr, magistrlər və doktorantlar üçün nəzərdə tutulmuşdur.


Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.