Ekologiya və torpaqşünaslıq fakültəsi
19/12/2019
Ekoloji kimya kafedrasında dərslik və dərs vəsaiti çapdan çıxıb


Ekoloji kimya kafedrasında yeni dərslik nəşr edilmişdir. Ekoloji kimya kafedrasının əməkdaşları professor S.R.Hacıyeva, Z.T.Vəliyeva , dos.T.İ. Əliyeva, N.M. Cəfərova tərəfindən "Kimyəvi ekotoksikologiya" adlı dərslik hazırlanmış və çap olunmuşdur. Dərslik ksenobiotiklərin təbii mühitdə yayılması, onların transformasiyası, trofik zəncirlərdə toplanması, ekosistemlərə təsir mexanizmləri ətraflı izah edilmişdir. Dərslik bəzi zəhərli maddələri aşkar etmək üçün sürətli analiz metodları barədə məlumat da yer alıb. Bu dərslik universitetlərin kimya, tibb, ekologiya fakültələrinin magistr və bakalavr tələbələri üçün nəzərdə tutulub. Ekologiya, geoekologiya, ətraf mühit mühəndisliyi və ətraf mühitin mühafizəsi sahəsində mütəxəssis hazırlayan ali təhsil müəssisələrinin tələbələri, doktorantları və müəllimləri üçün faydalı olacaqdır.


Ekoloji kimya kafedrasının əməkdaşları professorlar S.R.Hacıyeva, N.T.Şəmilov, dos.T.İ.Əliyeva, C.Z.Səmədov və A.A.Səmədovanın həmmüəllifliyi ilə “Ekoloji monitorinqdən praktikum” adlı dərs vəsaiti çapdan çıxmışdır. Kitab Azərbaycan, Rus və İngilis dillərində nəşr edilmişdir.
Dərs vəsaiti ətraf mühitin çirklənməsinin kimyəvi aspektlərinə həsr olunmuşdur. Vəsaitə atmosfer, hidrosfer və litosferdən nümunələrin götürülmə qaydaları, hava mühitinin üzvi və qeyri-üzvi çirkləndiricilərinin təyini metodları, eyni zamanda hidrosferin əsas çirkləndiriciləri, nitrat, nitrit, ammonium ionlarının suda təyin edilməsi, tullantı sularının tərkibinin təyini, torpaqda mis, dəmir ionlarının təyini yolları, ətraf mühitdə radioaktivliyin təyin edilmə metodikaları daxil edilmişdir. Vəsait ekologiya, geoekologiya, ətraf mühit mühəndisliyi və ətraf mühitin mühafizəsi sahəsində mütəxəssis hazırlayan ali təhsil müəssisələrinin tələbələri, doktorantları və müəllimləri üçün faydalı olacaqdır.

Bookmark and Share
Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.