Ekologiya və torpaqşünaslıq fakültəsi
21/11/2011
Ekologiya və Torpaqşünaslıq Fakultəsində Həmkarlar İttifaqı Komitəsi yaradılıb

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və Torpaqşünaslıq Fakultəsində Həmkarlar İttifaqı Komitəsinin (HİK) təsis iclası keçirilib. Tədbiri açan BDU Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev universitetin tarixindən danışıb, fakültə HİK-in əhəmiyyətini qeyd edib. F.Şiriyevin sözlərinə görə, bu komitələr universitetin əməkdaşları və onun rəhbərliyi arasında müəyyən sosial məsələlərin həllində, istirahət və asudə vaxtının səmərəli keçirilməsində körpü rolunu oynamalıdır. Ekologiya və Torpaqşünaslıq Fakültəsinin dekanı, dosent Nazim Şamilov HİK üzvlüyünə namizədlər təklif edib: Akif Orucov, Ramiz Tahirov, Fətəli Hüseynov, Firuzə Sultanzadə, Günel Abdullayeva. Akif Orucovun namizədliyi həm də HİK sədri vəzifəsinə irəli sürülüb. Açıq səsvermə ilə HİK üzvləri və sədri seçilib. Tədbirin sonunda F.Şiriyev Ekologiya və Torpaqşünaslıq Fakultəsinin HİK üzvlərini təbrik edib, onlara uğurlar arzulayıb. Tədbirdə fakültənin mərhum müəllimi Nadir Mikayılovun xatirəsi yad edilib.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.