Ekologiya və torpaqşünaslıq fakültəsi
16/04/2011
Ədəbiyyat dərnəyinin açilişi oldu

Bu gün Bakı Dövlət Universitetində ədəbiyyat dərnəyinin birinci iclası keçirilib. BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev dərnəyin iclasını acaraq, iştirakçılara universitetin rektoru, akademik Abel Məhərrəmovun xeyir-duasını və xoş arzularını çatdırıb. Daha sonra tədbirin qonaqları – cavan ədiblər Nərmin Hüseynzadə, Elvin Bakiroğlu, Kəramət Böyükçel və Aynur Qurbanqızı çıxış ediblər. Natiqlər gənclərin ədəbiyyatda rolu barədə fikirlərini bölüşüb, şeirlər səsləndiriblər.

Çıxış edənlər dərnəyin iclaslarının davamlı olacağını deyib və qeyd ediblər ki, əsas məqsəd qeyri-humanitar fakültələrdə təhsil alan tələbələrin ədəbiyyata olan maraqlarının daha da artırmaqdır.

Qeyd edək ki, tədbirdə Ekologiya və Torpaqşünaslıq fakültəsinin dekanı Nazim Şəmilov da iştirak edib.

Mətbuat və İnformasiya şöbəsi, 16 aprel 2011-ci il.



Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.