Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri, professor müəllim heyəti ilə 17.02.2020-ci il tarixdən 01.03.2020-ci tarixədək "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Tullantıların Emalı Departamentinin 6-cı sahəsində, Heydər Əliyev adına NEZ-dan daxil olan sənaye axıntı sularını təmizləyən təmizləyici qurğuların yerləşdiyi sahədə istehsalat təcrübəsi keçirlər.
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin (H.Əliyev adına NEZ-nun 9-cu sahəsi) istehsalat ərazisi ilə tanışlıqdan əvvəl təcrübə keçən tələbələrə əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə təlimat keçirilmişdir. "Ekol Mühəndislik Xidmətləri" QSC-nin rəhbərliyi tərəfindən tələbələrin istehsalat təcrübəsinin müəyyən olunmuş qrafikə uyğun başa çatdırılması üçün bütün tədbirlərin görülməsinə şərait yaradılmışdır.
Təcrübə müddətində Ekoloji Monitorinq Departamentinin rəisi, təcrübəli mütəxəssis, ekoloq Şahabiddin Albuşov tələbələrə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyəti haqqında geniş məlumat vermiş, onları sənaye-axıntı sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi prosesləri, eləcə də texnoloji qurğuların iş prinsipləri ilə yaxından tanış etmişdir. Tələbələr neftşlam emal edən "Alfa-Laval" şirkətinin dekanter və “Pieralisi” şirkətinin trikanter qurğularında emal prosesləri ilə də yaxından tanış olmuşlar. Onlara QSC-də ətraf mühitin mühafizəsi istiqamətində həyata keçiriləcək yeni layihələr barədə məlumat verilmişdir.
Ali təhsil ocaqlarında təhsil alan tələbələrin maarifləndirilməsi, onların elmi biliklərinin istehsalatla əlaqələndirilməsi və gənc nəslin təcrübi biliklərinin artırılması "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyətinin əsas istiqamətlərindən biridir və bu istiqamətdə daimi məqsədyönlü tədbirlər keçirilir.
Tələbələrin "Ekol Mühəndislik Xidmətləri" QSC-də istehsalat təcrübəsi davam edir.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.