Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilib. Seminarda II kurs tələbəsi Nağızadə Gültacın “Alternativ enerji mənbələri, təbiətdə formaları və təsirləri”, IV kurs tələbəsi Maqsudlu Mehracın “Göygöl Milli Parkı və Göygölün ekologiyası” və III kurs tələbələri Abbasova Nəzrin və Hüseynova Ülkər “Природные географические феномены мира и их экологические аспекты” mövzularında məruzələri dinlənilib.
Dekan, professor Nazim Şəmilov, fakültə TEC-in elmi rəhbəri, dosent Leyli Kərimova, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva və fakültə əməkdaşları seminarın işində iştirak edib, məruzələr ətrafında çıxışlar ediblər.
Məruzələr Tələbə Elmi Cəmiyyətinin üzvləri və digər iştirakçılar tərəfindən yüksək dəyərləndirilib. Sonda məruzəçilər xüsusi təşəkkürnamə ilə təltif ediliblər.
![]() |

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.