Ekologiya və torpaqşünaslıq fakültəsi
17/10/2018
Ekologiya və torpaqşünaslıq fakültəsinin Tədris-Metodiki Şurası illik hesabatını təqdim edib

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Tədris-Metodiki Şurasının (TMŞ) 2017/2018-ci tədris ilinə aid hesabatı ilə bağlı iclas keçirilib. Əvvəlcə dekan, professor Nazim Şamilov iclasda iştirak etdikləri üçün Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, BDU-nun Metod Şurasının sədri, akademik Vasif Babazadə, sədr müavini dosent Vaqif Qasımov və fakültənin professor-müəllim heyətinə təşəkkür edib.
Sonra fakültə TMŞ-nin sədri, dosent Abuəli Hüseynli illik hesabatı təqdim edib. Hesabatda fakültənin kafedraları, Azərbaycan, ingilis və rus dillərində təhsil alan tələbələrin sayı, tədris olunan fənlər, keçirilən açıq dərslər, kadr hazırlığı, proqram, dərslik və dərs vəsaitləri barədə məlumatlar verilib.
TMŞ sədri hesabatla bağlı sualları cavablandırdıqdan sonra dekan, professor Nazim Şəmilov, Coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva və Bioekologiya kafedrasının müdiri, professor Nərminə Sadıqova çıxış ediblər. Onlar fakültə TMŞ-nin BDU Metodiki Şurası ilə birgə səmərəli fəaliyyətindən danışıb, tədrisin daha da təkmilləşdirilməsi, tələbələrin istehsalat təcrübələrinin keçirilməsi kimi məsələlərlə bağlı fikrilərini bildirib, təkliflər irəli sürüblər.
Daha sonra prorektor İradə Əliyeva hesabata münasibət bildirib, 100 illik yubiley ərəfəsində olan BDU-da rektor, akademik Abel Məhərrəmovun rəhbərliyi ilə həyata keçirilən layihələrdən, elm və təhsil sahəsində əldə olunan nailiyyətlərdən, həmçinin fakültə üzrə indeksli jurnallarda elmi məqalələrin sayının artırılmasının, proqramların çap olunması prosesinin sürətləndirilməsinin vacibliyindən bəhs edib.
Sonda çıxış edən akademik Vasif Babazadə fakültənin Tədris Metodiki Şurasının hesabatını qənaətbəxş hesab edib, səslənən təkliflərə münasibətini bildirib. O, universitetin böyük əzmlə yubileyə hazırlaşdığını, Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyətinin də bu istiqamətdə məhsuldar fəaliyyət göstərəcəklərinə əminliyini ifadə edib.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.