Ekologiya və torpaqşünaslıq fakültəsi
17/03/2012
Ekologiya və Torpaqşünaslıq fakültəsinin ildönümü qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) universitetin Ekologiya və Torpaqşünaslıq fakültəsinin yaradılmasının ildönümü qeyd olunub. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov fakültənin bir illik fəaliyyətini yüksək qiymətləndirib, onun müəllim və tələbələrini təbrik edib. Daha sonra rektor tələbələr arasında "Ən əziz müəllim", "Ən yaxşı tələbə" və "Ən fəal tələbə" üzrə keçirilmiş sorğunun qaliblərini diplomlarla təltif edib. "Ən əziz müəllim" nominasiya üzrə Sevinc Hacıyeva, Nərminə Sadıqova, Fətəli Hüseynov, Təranə Əliyeva, Suraxanım Məmmədova, Cəsarət Şabanov, Zemfira Mustafayeva, Günel Abdullayeva,  Teymur Nizamzadə, Akif Orucov və Elnur Nəsirov fərqləniblər. Fakültənin "Ən yaxşı tələbəsi” sırasına Aşurey Şabanova, Elnarə Cəfərli, Nübar Nəzərli, Əfqan Noçuyev və Nadir İnsanov daxil olublar. «Ən fəal tələbə» isə Orxan Əlirzayev hesab edilib.Daha sonra fakültənin dekanı dosent Nazim Şəmilov çıxış edib. Tədbir konsert proqramı ilə davam etdirilib.

 





Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.