Ekologiya və torpaqşünaslıq fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclası açıq elan edən fakültənin dekanı prof. N.T.Şəmilov şuranın gündəliyinə daxil edilən məsələlərlə üzvləri tanış edib. Gndəlikdə olan əsas məsələlərdən biri 2017-ci ildə kafedralar və Elmi Tədqiqat Laboratoriyası üzrə elmi hesabatların müzakirəsi olub. İclasda Ekoloji kimya kafedrasının müdiri prof. S.R.Hacıyeva, Bioekologiya kafedrasının müdiri prof. N.A.Sadıqova, Coğrafi ekologiya kafedrasının müdiri prof. Ş.Y.Göyçaylı, Torpaqşünaslıq kafedrasının müdir müavini dos. C.Ə.Şabanov, Yerquruluşu və kadastr kafedrasının müdiri vəzifəsini icra edən dos. L.R.Kərimova illik elmi hesabatları təqdim edilib, təqdimatlar üzrə geniş müzakirələr keçirilib. İclasda Universitetin Elmi hesabatlar komissiyasının üzvü prof. Oqtay Əkbərov iştirak edib.

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.
22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.
Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.
Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.
Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.