Ekologiya və torpaqşünaslıq fakültəsi
21/12/2015
Ekologiya və torpaqşünaslıq fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib

21.12.2015-ci il tarixdə Ekologiya və torpaqşünaslıq fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda fakültə Tədris-metodiki Şurasının illik hesabatı və kafedralar üzrə 2015-ci təqvim ilində yerinə yetirilən elmi işlərin hesabatı dinlənilib. Birinci məsələ üzrə fakültə TMŞ-nın sədri dos. A.Hüseyinli ətraflı məlumat verib. Müzakirələrdə BDU TMŞ-nın üzvü prof. M. Məmmədov da iştirak edib.

İkinci məsələ üzrə fakültə dekanı prof. N.Şəmilov qısa məlumat verdikdən sonra kafedralar üzrə hesabatlar dinlənilib. Coğrafi ekologiya kafedrasının müdiri Ş.Göyçaylı, Bioekologiya kafedrasının müdiri prof. N.Sadıqova, Yerquruluşu və kadastr kafedrasının müdiri dos. T.Nizamzadə, Ekoloji kimya kafedrasının müdir müavini dos. A.Hüseyinli, Torpaqşünaslıq kafedrasının müdir müavini dos. C.Şabanov və Ekolji kimya və ətraf mühitin mühafizəsi ETL böyük elmi işçisi k.e.n. F.Bəhmanova 2015-ci təqvim ilində görülən işlərdən danışıblar. İclasada BDU rəhbərliyinin əmri ilə Elmi hesabatların müzakirəsi üçün yaradılmış komissiyanın üzvləri prof. O.Əkbərov və prof. X.Abdullayev iştirak ediblər. Hər iki hesabat Elmi Şura üzvləri tərəfindən qənaətbəxş qiymətləndirilib.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.